Müştərilərlə satış və icarə işlərini aparır, minimum 1 il satış təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr:
- Potensial korporativ müştəriləri müəyyənləşdirmək və onlarla ilkin əlaqə yaratmaq;
- Şirkətlərin ehtiyaclarını analiz etmək və uyğun xidmət həlləri təklif etmək;
- BMG International-ın xidmət və həlləri barədə korporativ müştərilərə təqdimatlar keçirmək;
- Görüşlər, danışıqlar və kommersiya təklifləri prosesini idarə etmək;
- Satış prosesini ilk əlaqədən müqavilənin bağlanmasına qədər müşayiət etmək;Yeni korporativ müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq;
- Bazar və potensial müştərilər üzrə araşdırmalar aparmaq;
- Satış hədəflərinə nail olmaq və satış nəticələri barədə mütəmadi hesabatlar hazırlamaq;
- CRM sistemində müştəri və satış məlumatlarını düzgün qeyd etmək və yeniləmək.
Namizəddən gözləntilər:
- B2B satış sahəsində iş təcrübəsi;
- Təlim və təhsil sektorunda iş təcrübəsinin olması üstünlükdür;
- Korporativ müştərilərlə ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və/və ya ingilis dili biliyi üstünlükdür;
- Güclü təqdimat, kommunikasiya və inandırma bacarıqları;
- Analitik düşüncə və müştəriyönümlü yanaşma;
- Satış hədəfləri ilə işləmək və nəticəyə fokuslanmaq;
- CRM sistemləri və MS Office proqramları ilə işləmək bacarığı üstünlükdür.
Biz nə təklif edirik?
- Rəqabətqabiliyyətli əməkhaqqı + performansa əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Davamlı təlim və mentorluq dəstəyi;
- Korporativ satış sahəsində praktiki inkişaf imkanı;
- Güclü komanda və müasir iş mühiti.
Əgər B2B satış sahəsində özünü inkişaf etdirmək, korporativ müştərilərlə işləmək və nəticəyönümlü komandaya qoşulmaq istəyirsinizsə, CV-nizi bizimlə paylaşın və BMG International komandasının bir hissəsi olun!
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 010 234 41 46
Şirkət haqqında
BMG International 2013-cü ildə Azərbaycanda yaradılmış və geniş əhatəli maliyyə, mühasibatlıq, konsaltinq, autsorsinq və təhsil xidmətləri göstərən nüfuzlu və etibarlı tərəfdaş reputasiyasına malik olan şirkətdir.
BMG International — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İnsan kapitalının qiymətləndirilməsi və satış layihələrini idarə edən, ən azı 2 il təcrübəsi olan mütəxəssis.
Tikinti sahəsində korporativ müştəriləri cəlb etmək və satış prosesini idarə etmək bacarığı tələb olunur
Korporativ müştərilərə IT və biznes həllərinin satışını həyata keçirir, 5 il təcrübə tələb olunur.



