Vakansiya haqqında

İT və təhlükəsizlik avadanlıqlarının satışı və distribütorluğu sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza zəif axın sistemləri üzrə texniki biliklərə malik İT menecer axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Müştərilərin texniki ehtiyaclarını müəyyən etmək və uyğun avadanlıq həlləri təklif etmək;
  • Videomüşahidə (CCTV), şəbəkə avadanlıqları, girişə nəzarət və digər zəif axın sistemləri üzrə məhsul seçimini həyata keçirmək;
  • Texniki spesifikasiyaların, avadanlıq siyahılarının və kommersiya təkliflərinin hazırlanmasında iştirak etmək;
  • Müştərilərə məhsulların texniki xüsusiyyətləri və tətbiq imkanları barədə məsləhət vermək;
  • Satış komandası ilə birlikdə layihələrin texniki tərəfini əlaqələndirmək;
  • Zərurət olduqda obyektlərdə ilkin texniki baxış keçirmək və avadanlıq tələbatını müəyyənləşdirmək;
  • Satışdan sonra yaranan texniki sualların həllində servis və texniki komanda ilə əməkdaşlıq etmək;
  • İstehsalçıların texniki sənədlərini və məhsul yeniliklərini izləmək.

Namizədə tələblər:

  • İT, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə biliklər;
  • CCTV, IP kameralar, NVR/DVR, şəbəkə avadanlıqları və girişə nəzarət sistemləri barədə anlayış;
  • IP ünvanlama, LAN, PoE, switch və router avadanlıqları haqqında bilikləri;
  • Texniki məlumatları təhlil etmək və müştəriyə aydın izah etmək bacarığı;
  • Texniki təkliflər və avadanlıq siyahıları ilə işləmək bacarığı;
  • Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.

Üstünlükdür:

  • İT avadanlıqlarının satışı və ya texniki məsləhət sahəsində təcrübə;
  • Layihə və avadanlıq seçimi üzrə təcrübə.

Biz nə təklif edirik?

  • Peşəkar və dinamik komandada iş;
  • İT və təhlükəsizlik avadanlıqları üzrə biliklərin inkişafı;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
9 oktyabr 2026
Son tarix
9 noyabr 2026
HRX ilə müraciət
2
Baxış
55

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Texniki satış mütəxəssisi üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 050 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

50 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki satış mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

AEM Elektron
IT Services and IT Consulting · Baku
AEM Elektron — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

İş saatları və günləri barədə məlumat verilməyib.

Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun müsahibə zamanı müəyyən edilir.

Namizəd öz CV-sini elektron poçt ünvanına göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

NewCond
Middle · 5+ ilBakı
Maaş göstərilməyib

HVAC və VRF sistemlərinin korporativ satışını həyata keçirir, 5 illik texniki bilik tələb olunur.

Corporate SalesNegotiationCustomer Relationship ManagementMarket Research+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Arbinex
Middle · 1–2 ilBakı
Maaş göstərilməyib

IT sahəsində ERP sistemlərinin satışını həyata keçirir, ən azı 1-2 il təcrübə tələb olunur.

B2B SalesCustomer Relationship ManagementNegotiationIT Sales+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Trywex Tech
MiddleBakı
Maaş göstərilməyib

B2B sektorunda yeni müştərilərin cəlb olunması və məhsulların təqdimatı üzrə fəaliyyət göstərir.

PresentationClient Relationship ManagementCommunicationBusiness Etiquette+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İT menecer
Müraciət et