Xarici bazarlarda satışları idarə edir və yeni müştərilər cəlb etmək bacarığı tələb olunur.
Vakansiya haqqında
Arbinex Tech Solutions olaraq komandamıza IT sahəsində, xüsusilə ERP sistemlərinin satışında təcrübəsi olan Satış Meneceri axtarırıq.
Bizə sadəcə ümumi satış təcrübəsi olan namizəd deyil, bizneslərə IT həllərinin və ERP sistemlərinin təqdimatı, satışı və müştəri ilə danışıqların aparılması sahəsində təcrübəli mütəxəssis lazımdır.
Əsas vəzifələr
- Arbinex-in ERP və digər IT həllərinin potensial müştərilərə təqdim edilməsi və satışı;
- Yeni B2B müştərilərin axtarılması və cəlb edilməsi;
- Potensial müştərilərlə ilkin əlaqənin yaradılması, ehtiyacların müəyyənləşdirilməsi və uyğun həllərin təklif edilməsi;
- ERP sistemlərinin funksionallığının müştəriyə biznes ehtiyacları üzərindən izah edilməsi;
- Məhsul təqdimatlarının və demo görüşlərinin təşkilində və keçirilməsində iştirak;
- Müştərilərlə kommersiya danışıqlarının aparılması və satış prosesinin sonadək idarə olunması;
- Hazırlanan kommersiya təkliflərinin müştərilərə təqdim edilməsi və təqib edilməsi;
- Mövcud və potensial müştərilərlə uzunmüddətli biznes əlaqələrinin qurulması;
- CRM sistemi üzərindən satış pipeline-ının və müştəri məlumatlarının idarə olunması;
- Bazarın və rəqiblərin araşdırılması, yeni satış imkanlarının müəyyənləşdirilməsi;
- Satış planlarının və KPI-ların icrası;
- Satış nəticələri üzrə mütəmadi hesabatların hazırlanması.
Namizədə tələblər
- Mütləq tələblər:
- IT sahəsində ən azı 1-2 il satış təcrübəsi;
- ERP sistemlərinin satışında real iş təcrübəsi;
- B2B satış və korporativ müştərilərlə işləmə təcrübəsi;
- ERP sistemlərinin əsas məntiqini və biznes proseslərini anlamaq;
- Müştərinin biznes ehtiyacını müəyyənləşdirərək uyğun IT həllini təqdim edə bilmək;
- Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
- Satış prosesini lead mərhələsindən müqavilənin bağlanmasına qədər idarə edə bilmək;
- Nəticəyönümlü və satış hədəflərinə fokuslanmış yanaşma;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- MS Office və CRM sistemlərindən istifadə bacarığı.
Üstünlük hesab olunur
- ERP, CRM, HRM, Accounting və ya digər biznes proqram təminatlarının satışında təcrübə;
- Odoo, SAP, 1C, Logo, Mikro və ya digər ERP sistemləri ilə iş təcrübəsi;
- IT məhsullarının B2B satışında müştəri portfelinin olması;
- SaaS məhsullarının satışında təcrübə;
- IT layihələrinin və proqram təminatının kommersiya tərəfini anlamaq;
- İngilis və ya rus dili biliyi;
- Aktiv müştəri bazasının olması.
Biz nə təklif edirik?
- IT və sürətlə inkişaf edən şirkətdə çalışma imkanı;
- Müasir ERP və biznes avtomatlaşdırma həllərinin satışında iştirak;
- Əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi;
- Karyera və peşəkar inkişaf imkanları;
- Rahat və dinamik iş mühiti;
- Real nəticələrə əsaslanan motivasiya sistemi;
- Korporativ müştərilərlə işləyərək B2B satış sahəsində inkişaf imkanı.
İş qrafiki
- İş rejimi: Tam iş günü, 5 gun
- İş yeri: Bakı, Ag Seher
- Şirkət: Arbinex Tech Solutions
Vacib qeyd
- Xahiş olunur yalnız IT sahəsində satış təcrübəsi və xüsusilə ERP sistemlərinin satışında təcrübəsi olan namizədlər müraciət etsinlər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV-də satışı həyata keçirdiyiniz ERP/IT məhsullarını, işlədiyiniz şirkətləri və satış nəticələrinizi qeyd etməyiniz üstünlükdür.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki satış mütəxəssisi üzrə bazar adətən 950–1 500 ₼ ödəyir, median — 1 025 ₼.
58 açıq vakansiya, 18 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki satış mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Ag Seher ərazisindədir.
Tam iş günü, həftədə 5 gün işləmək tələb olunur.
IT sahəsində ən azı 1-2 il satış təcrübəsi tələb olunur.
Əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi mövcuddur.
Namizədlər CV-lərini göndərməlidirlər, CV-də satışı həyata keçirdikləri ERP/IT məhsulları və satış nəticələri qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Müştəri portfelini idarə edir, inkişaf etdirir və B2B satış bacarıqları tələb olunur.
HVAC və VRF sistemlərinin korporativ satışını həyata keçirir, 5 illik texniki bilik tələb olunur.
Yeni B2B müştəriləri aktiv axtarır və satış prosesini müstəqil idarə edir.



