Korporativ İT məhsullarının satışını həyata keçirir və ən azı 2 il satış təcrübəsi tələb olunur.
Vakansiya haqqında
“Yeni Texnologiyalar” MMC komandamıza korporativ İT satışları istiqamətində təcrübəli və nəticəyönümlü İT Satış Meneceri axtarır.
💰 Əməkhaqqı: 1200–2000 AZN + satış nəticələrinə əsasən bonuslar
Maaş namizədin İT sahəsində bilikləri, satış təcrübəsi və kompetensiyalarına əsasən müəyyən ediləcək.
Vəzifə öhdəlikləri- Korporativ müştərilərə İT məhsul və həllərinin B2B satışı;
- Yeni potensial müştərilərin müəyyən edilməsi və cəlb olunması;
- Mövcud müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin inkişaf etdirilməsi;
- Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun İT həllərinin təklif olunması;
- Müştərilərlə görüş və təqdimatların keçirilməsi;
- Kommersiya və qiymət təkliflərinin hazırlanması;
- Tender, kotirovka və korporativ satınalma sorğularının satış tərəfdən idarə olunması;
- İT avadanlıqları üzrə texniki tələblərin ilkin təhlili və uyğun məhsulların seçilməsi;
- Distribütor və vendorlarla məhsul, qiymət və mövcudluq üzrə kommunikasiya;
- Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə olunması;
- Satış planlarının və müəyyən edilmiş KPI-ların yerinə yetirilməsi;
- Müştəri bazasının və satış imkanlarının CRM sistemində idarə olunması;
- Bazarın, rəqiblərin və yeni İT həllərinin izlənilməsi.
- B2B və ya korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi;
- İT satışlarında təcrübə ciddi üstünlükdür;
- Kompüter, noutbuk, printer, server, şəbəkə avadanlıqları və digər İT məhsulları haqqında ümumi bilik;
- İT məhsullarının texniki xüsusiyyətlərini anlamaq və müştəri tələbinə uyğun məhsul seçmək bacarığı;
- Kommersiya təklifləri hazırlamaq və qiymətlərlə işləmək bacarığı;
- Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Yeni müştəri cəlb etmək və satış imkanlarını nəticəyə çevirmək bacarığı;
- Korporativ yazışma və işgüzar kommunikasiya bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dili – sərbəst;
- Rus dili biliyi arzuolunandır;
- İngilis dili – texniki sənədləri anlama səviyyəsində üstünlükdür;
- Aktiv, təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü olmaq.
- İT avadanlıqları və sistem inteqrasiyası sahəsində satış təcrübəsi olan;
- Korporativ və dövlət sektorunda müştərilərlə işləyən;
- Tender və satınalma prosesləri ilə tanış olan;
- Vendor və distribütorlarla işləmək təcrübəsi olan;
- Mövcud korporativ müştəri əlaqələrinə malik olan namizədlər.
📩 CV: hr@newtech.az
📱 WhatsApp: +994 50 408 77 87
Müraciət zamanı mövzu hissəsində “İT Satış Meneceri” qeyd edilməsi xahiş olunur.
Şirkət haqqında
IT Equipment Supply & Repair Services | "NewTech" şirkəti 10 ildən artıqdır ki, ofislər, təşkilatlar və fiziki şəxslər üçün texniki avadanlıqların satışı və təmiri ilə məşğul olur.
NEWTECH.AZ — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tikinti sektorunda korporativ satış aparır və tenderlərlə işləmək bacarığı tələb olunur
Korporativ müştərilərlə satış aparır və minimum 3 il B2B satış təcrübəsi tələb olunur.
Sumqayıtda ERP həlləri üzrə B2B satışlar həyata keçirir və texniki biliklərə malikdir.



