Vakansiya haqqında

Buta Park MMC tikinti və inşaat, tikinti materiallarının təchizatı, informasiya texnologiyaları və mühəndis-texniki həllər sahəsində fəaliyyət göstərən çoxprofilli şirkətdir. Şirkətimiz tikinti layihələrinin icrası, İT infrastrukturlarının qurulması, təhlükəsizlik, video-müşahidə, yanğın siqnalizasiya, girişə nəzarət və digər texnoloji sistemlərin təchizatı və quraşdırılması üzrə kompleks həllər təqdim edir. Buta Park MMC – keyfiyyət, etibarlılıq və peşəkar yanaşma.

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00;
  • İş yeri: Buta Park MMC ;
  • Əməkhaqqı: Sabit əməkhaqqı və satış nəticələrinə uyğun bonus;
  • Əməkhaqqının məbləği namizədin təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək;
  • Mobil rabitə və işgüzar səfər xərclərinin qarşılanması;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Qeyd: Yalnız tikinti sektorunda korporativ satış təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur.

Əmək haqqı: Fix+bonus

Vəzifə öhdəlikləri

  • Tikinti sektorunda yeni korporativ müştərilərin axtarılması və şirkətlə əməkdaşlığa cəlb edilməsi;
  • Dövlət və özəl tikinti layihələrinin araşdırılması, potensial satış imkanlarının müəyyənləşdirilməsi;
  • Tikinti, təmir, layihələndirmə, mühəndis sistemləri və əlaqəli xidmətlərin korporativ müştərilərə təqdim edilməsi;
  • Developer, baş podratçı, subpodratçı, layihəçi, istehsal və digər şirkətlərlə işgüzar əlaqələrin qurulması;
  • Müştərilərin ehtiyaclarının öyrənilməsi və uyğun kommersiya həllərinin hazırlanması;
  • Obyektlərə baxışların və müştəri görüşlərinin təşkili;
  • Texniki şöbə ilə birlikdə iş həcmlərinin müəyyənləşdirilməsi və qiymət təkliflərinin hazırlanması;
  • Kommersiya təkliflərinin müştərilərə təqdim edilməsi və müzakirələrin aparılması;
  • Tenderlərin və satınalma elanlarının mütəmadi izlənilməsi;
  • Tender və kotirovka sorğuları üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak;
  • Texniki tapşırıqların, iş həcmlərinin və satınalma şərtlərinin təhlil edilməsi;
  • Qiymət, ödəniş, icra müddəti və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
  • Müqavilələrin hazırlanması və razılaşdırılması prosesində iştirak;
  • Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə edilməsi;
  • Müqavilə bağlandıqdan sonra layihənin icra vəziyyətinin və müştəri məmnuniyyətinin izlənilməsi;
  • Debitor borclarının və müştərilərdən ödənişlərin vaxtında daxil olmasının nəzarətdə saxlanılması;
  • Mövcud müştərilərlə davamlı əlaqələrin qurulması və təkrar satışların artırılması;
  • Aylıq və illik satış planlarının yerinə yetirilməsi;
  • Satış nəticələri, potensial layihələr və müştəri görüşləri üzrə rəhbərliyə hesabatların təqdim edilməsi;
  • Tikinti bazarının, rəqiblərin və qiymət dəyişikliklərinin araşdırılması;
  • Şirkətin bazarda tanıdılması və korporativ müştəri bazasının genişləndirilməsi.

Tələblər

  • Ali təhsil;
  • Tikinti sektorunda korporativ satış üzrə minimum 2–3 il iş təcrübəsi;
  • Tikinti, təmir, layihələndirmə, MEP və ya tikinti materiallarının satışı sahələrindən ən azı biri üzrə təcrübə;
  • Tikinti şirkətləri, developer, podratçı və korporativ sifarişçilərlə işləmək təcrübəsi;
  • Tenderlər, kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı;
  • Tikinti işlərinin və texniki sənədlərin ümumi mahiyyətini anlamaq bacarığı;
  • B2B satış və danışıqların aparılması üzrə güclü bacarıqlar;
  • Aktiv korporativ müştəri bazasının olması üstünlükdür;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Rus və ingilis dili biliyi üstünlükdür;
  • Microsoft Office və CRM proqramlarında işləmək bacarığı;
  • Təqdimat, ünsiyyət və inandırma bacarığı;
  • Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyət;
  • Şəxsi avtomobilin olması üstünlükdür.
Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–1 200 ₼
Yerləşdirilib
24 avqust 2026
Dillər
Azerbaijani, Russian, English

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Ecomag LTD
Middle · 1–3 il
650

B2B satış mütəxəssisi satış planları hazırlayır və müştəri əlaqələrini idarə edir.

B2B SalesCustomer Relationship ManagementPresentation SkillsTeamwork+4
Müraciət etAsan müraciətAsan müraciət
GENS Elektrik
Middle · 2+ il
600–800

Korporativ müştərilərlə uzunmüddətli əlaqələr qurur və satış planlarını icra edir.

Corporate SalesB2B SalesCustomer Relationship ManagementPresentation Skills+4
Müraciət etAsan müraciətAsan müraciət
Profex Group
Senior · 5+ ilBakı
1 500–2 000

B2B satış planlarını yerinə yetirir, müştəri əlaqələrini idarə edir və CRM bilikləri tələb olunur.

Customer Relationship ManagementMarket AnalysisPresentation SkillsReport Preparation+8
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
800–1 200 ₼
Korporativ satış mütəxəssisi
Müraciət et