Eşitmə cihazlarının satışını təşkil edir və satış bacarıqları tələb olunur
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam iş günü
- Əməkhaqqı: Sabit əməkhaqqı 1000 AZN + satış nəticələrinə əsaslanan bonus
Şirkətimiz dünyanın aparıcı eşitmə texnologiyaları istehsalçılarına məxsus eşitmə cihazlarının Azərbaycan bazarında satışını və inkişafını həyata keçirir.
Komandamıza qoşulacaq, satış fəaliyyətinin genişləndirilməsində və yeni işgüzar əlaqələrin qurulmasında iştirak edəcək Satış mütəxəssisi axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Eşitmə cihazlarının satışını təşkil etmək və inkişaf etdirmək;
- LOR həkimləri, audioloqlar, klinikalar, xəstəxanalar və digər tibb müəssisələri ilə işgüzar əlaqələr qurmaq;
- Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə əməkdaşlığı inkişaf etdirmək;
- Müştərilərə məhsulların xüsusiyyətləri, üstünlükləri və texnoloji imkanları barədə məlumat vermək;
- Məhsul təqdimatları və işgüzar görüşlər keçirmək;
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsulların seçilməsinə dəstək olmaq;
- Satış planını yerinə yetirmək və yeni satış imkanları yaratmaq;
- Bazar və rəqiblər haqqında məlumat toplamaq, satış nəticələrini təhlil etmək;
- Müştəri məlumatlarını və satış fəaliyyətini müvafiq qaydada qeydiyyata almaq;
- Müntəzəm satış hesabatları hazırlamaq.
Namizədə dair tələblər
- Ali təhsil;
- Tibbi avadanlıqların, tibbi məhsulların və ya əczaçılıq məhsullarının satışında iş təcrübəsi;
- Satış və danışıqlar aparmaq bacarığı;
- Müştərilərlə peşəkar və uzunmüddətli münasibətlər qurmaq bacarığı;
- Güclü ünsiyyət, təqdimat və inandırma bacarıqları;
- Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyət;
- MS Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan və Rus dillərində səlis danışıq və yazı bacarığı;
- İngilis dili biliyi üstünlükdür;
- İşgüzar görüşlər üçün şəhərdaxili səfərlərə və zərurət yarandıqda regionlara ezamiyyətə hazır olmaq.
İş şəraiti və imkanlar
- Sabit əməkhaqqı və satış nəticələrinə uyğun əlavə bonus;
- Beynəlxalq səviyyədə tanınan brendlər ilə işləmək imkanı;
- Məhsullar və müasir eşitmə texnologiyaları üzrə peşəkar təlim;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- Sahə və ofis satışlarını əhatə edən dinamik iş mühiti;
- Yeni müştərilərin cəlb edilməsində və satış strategiyasının inkişafında iştirak.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Satış mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki satış mütəxəssisi üzrə bazar adətən 900–1 050 ₼ ödəyir, median — 1 000 ₼.
52 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki satış mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
Tam iş günü rejimində işləmək tələb olunur.
Sabit əməkhaqqı 1000 ₼ və satış nəticələrinə əsaslanan bonus təklif olunur.
CV göndərmək tələb olunur, mövzu hissəsində “Satış mütəxəssisi” qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçŞəhərdaxili və zərurət yarandıqda regionlara ezamiyyətlər ola bilər.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Məhsulların satışını və müştəriyə texniki dəstək verməyi bacaran satış mütəxəssisi.
Kart və POS məhsullarının satışını və marketinqini idarə etmək üçün bank təcrübəsi tələb olunur
Daxili logistika üzrə satış xidmətlərini idarə edir və müştəri əlaqələrini inkişaf etdirir.

