B2B satışları inkişaf etdirir, yeni korporativ müştərilər cəlb edir və danışıqlar aparır.
Vakansiya haqqında
Şirkətimiz IT infrastrukturu, şəbəkə avadanlıqları və zəif axın (ELV) sistemləri üzrə məhsul və layihə həllərinin təchizatı və inteqrasiyası ilə məşğuldur.
Hazırda komandamıza tender proseslərinin idarə olunması, kommersiya təkliflərinin hazırlanması, korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, eləcə də yeni satış imkanlarının müəyyənləşdirilməsi üzrə fəaliyyət göstərəcək məsuliyyətli və təşəbbüskar Tender və Korporativ Satışlar üzrə Mütəxəssis axtarırıq.
İş şəraiti
- İş yeri: Bakı
- İş rejimi: Tam iş günü, 5/2
- Əmək haqqı: 800 – 1 000 AZN + mənfəətə bağlı bonus
Vəzifə öhdəlikləri
- Dövlət və özəl sektorda elan edilən tenderlərin gündəlik izlənilməsi və uyğun layihələrin müəyyən edilməsi.
- Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərdə iştirakın təşkili.
- Tender sənədlərinin, texniki tapşırıqların və BOQ fayllarının təhlili.
- İstehsalçılar, distribütorlar və təchizatçılarla əlaqə saxlayaraq qiymət təkliflərinin alınması.
- Satış və texniki komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması.
- Tender sənədlərinin hazırlanması və elektron portallara yüklənməsi.
- Sifarişçilərlə danışıqların aparılması və tender prosesinin izlənilməsi.
- Yeni müştərilərin, tikinti şirkətlərinin və layihə təşkilatlarının cəlb edilməsi.
- Tender nəticələrinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi.
- Qazanılmış tenderlərin icra komandasına ötürülməsi və müqavilə prosesinin koordinasiyası.
Namizədə tələblər
- Tender və ya B2B satış sahəsində minimum 1–2 il təcrübə.
- Dövlət satınalmaları və elektron tender portalları ilə işləmə bacarığı.
- Excel və digər MS Office proqramlarında sərbəst işləmək.
- Texniki sənədləri və kommersiya təkliflərini təhlil etmək bacarığı.
- İngilis və rus dili biliyi üstünlükdür.
- IT, zəif axın, təhlükəsizlik sistemləri və MEP sahəsində təcrübə üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifə adı qeyd edilməlidir - Tender və Korporativ Satışlar üzrə Mütəxəssis
Əlaqə - Aynur Nəcəfova - 0774162110
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Texniki satış mütəxəssisi üzrə bazar adətən 950–1 500 ₼ ödəyir, median — 1 050 ₼.
56 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki satış mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Engitech MMC , İT İnfrastrukturunun layihələndirilməsi və layihəyə uyğun olaraq, strukutur kabelləşməsi, şəbəkə (Network), simsiz şəbəkə (Wireless Network), təhlükəsizlik divarı (Firewall), məlumat mərkəzi (Data Center , server)…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
Tam iş günü, həftədə 5 gün işləməkdir.
Əmək haqqı 800–1000 manat arasıdır, mənfəətə bağlı bonus da verilir.
Tender və ya B2B satış sahəsində minimum 1–2 il təcrübə tələb olunur.
Dövlət satınalmaları və elektron tender portalları ilə işləmə bacarığı vacibdir.
Excel və digər MS Office proqramlarında sərbəst işləmək tələb olunur.
Namizədlər CV-lərini mövzu hissəsində vəzifə adı qeyd etməklə elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Korporativ müştərilərlə işləyir, yeni satış imkanları yaradır və texniki məhsullar üzrə təcrübəsi olmalıdır.
Yeni B2B müştəriləri aktiv axtarır və satış prosesini müstəqil idarə edir.
Müştəri portfelini idarə edir, inkişaf etdirir və B2B satış bacarıqları tələb olunur.


