Xarici bazarlarda satışları idarə edir və yeni müştərilər cəlb etmək bacarığı tələb olunur.
Vakansiya haqqında
CASPOS MMC komandamıza “Texniki avadanlıqlar üzrə satış mütəxəssisi” axtarırıq.
Məsuliyyət və vəzifələr:
- Texniki baxışların keçirilməsi və avadanlıqların düzgün işləməsini təmin etmək;
- Yanacaq doldurma məntəqələrində pompa detallarının satışının həyata keçirilməsi;
- Müştərilərlə əlaqələrin qurulması və satış prosesinin idarə edilməsi;
- Texniki xidmət və servis məhsullarının müştərilərə təqdim edilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təklif olunması;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Yanacaq doldurma məntəqələri üzrə proqram təminatlarının satışının həyata keçirilməsi;
- Satış hədəflərinin yerinə yetirilməsi;
- Müştəri müraciətlərinin operativ cavablandırılması;
- Satış və müştəri məlumatlarının CRM sistemində qeydiyyatının aparılması;
- Yeni texniki sahələr üzrə təlimlərə qatılmaq və peşəkar bacarıqları artırmaq;
Tələblər:
- Güclü ünsiyyət və təqdimat, Komandada işləmək bacarığı;
- Bəy namizəd;
- Satış sahəsində minumum1 il iş təcrübəsi;
- Şəxsi avtomobilin olması mütləqdir - İşlə bağlı tez-tez ərazilərdə olacağı üçün (Qeyd-Amortizasiya və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır)
- Ezamiyyətə açıq olmalıdır;
- Satış texnikaları və müştəri münasibətləri haqqında anlayış;
- Azərbaycan dilində səlis, Rus və ya ingilis dili biliyi üstünlükdür;
- Texniki avadanlıq satışı sahəsində təcrübənin olması;
- Yaş həddi: 25-45.
Fərdi keyfiyyətləri:
- Ünsiyyətcil, məsuliyyətli, işində cəld və dəqiq olmalıdır;
- Səbrli və təmkinli, nəzakətli olmaq;
- Aydın və səlis nitq qabiliyyəti;
- Operativ qərarvermə və problem həll etmə bacarığı.
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük, 09:00-18:00;
- Korporativ nömrə və danışıq balansı;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Texniki avadanlıqlar üzrə satış mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki satış mütəxəssisi üzrə bazar adətən 950–1 500 ₼ ödəyir, median — 1 000 ₼.
56 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki satış mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.
Yaş həddi 25-45 arasıdır.
CV göndərilməlidir, mövzu hissəsində “Texniki avadanlıqlar üzrə satış mütəxəssisi” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçŞəxsi avtomobilin olması mütləqdir, tez-tez ərazilərdə olacağı üçün.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Müştəri portfelini idarə edir, inkişaf etdirir və B2B satış bacarıqları tələb olunur.
Korporativ müştərilərə İT məhsul və xidmətlərin satışını idarə edir, 3 il təcrübə tələb olunur.
Korporativ müştərilərlə işləyir, sığorta məhsullarını təqdim edir və satış prosesini idarə edir, satış bacarıqları tələb olunur.




