Daxili logistika üzrə satış xidmətlərini idarə edir və müştəri əlaqələrini inkişaf etdirir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Müxtəlif məhsul növlərini potensial müştərilərə təqdim etmək, məhsul xüsusiyyətləri və üstünlükləri haqqında məlumat vermək;
- Rəqib markaların satış strategiyalarını izləmək, bazarda dəyişiklikləri nəzərə alaraq şirkət üçün yeni təkliflər hazırlamaq;
- Yeni məhsul təqdimatlarını həyata keçirmək və ya mövcud məhsullar üçün endirim və xüsusi təkliflər təqdim etmək;
- Müştəri şikayətlərini və problemlərini zamanında həll etmək, yüksək müştəri məmnuniyyəti təmin etmək;
- Ərazidəki satış potensialını qiymətləndirmək, müvafiq olaraq satış nöqtələrini ziyarət edərək bazar tələbləri barədə məlumat toplamaq;
- Məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün müvafiq saxlanma şəraitinin qorunmasını izləmək;
- Satış fəaliyyəti, məhsul tələbi, müştəri əlaqələri və rəqabətə dair hesabatları mütəmadi olaraq rəhbərliyə təqdim etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti (rus dili biliyi üstünlükdür);
- FMCG sektorunda marketinq və ya satış sahəsində iş təcrübəsi üstünlükdür;
- MS Office proqramlarında işləmə bacarığı;
- Analitik düşüncə;
- Komandada işləmə bacarığı;
- Məsuliyyətli olmaq;
- Şəxsi avtomobil mütləqdir ("B" kateqoriyası üzrə 2 ildən artıq sürücülük təcrübəsi).
İş şəraiti:
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş rejimi: 5 günlük, şənbə-bazar istirahət günləridir;
- İş saatı: 09:00-18:00;
- Ünvan: Bakı şəhəri
- Avtomobilin yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır.
Vakansiyaya müraciət etmək üçün namizədlər CV-lərini mövzu hissəsində “Ticari marketinq nümayəndəsi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki satış mütəxəssisi üzrə bazar adətən 900–1 500 ₼ ödəyir, median — 1 000 ₼.
56 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki satış mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
ŞAH-96 MMC Azərbaycan istehsalı olan siqaret məhsullarının satışı ilə məşğuldur.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatı 09:00-dan 18:00-dək, həftədə 5 gün, şənbə və bazar istirahət günləridir.
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.
FMCG sektorunda marketinq və ya satış sahəsində 2 ildən çox iş təcrübəsi üstünlükdür.
Namizədlər CV-lərini mövzu hissəsində “Ticari marketinq nümayəndəsi” qeyd edərək göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Korporativ müştərilərlə işləyir, yeni satış imkanları yaradır və texniki məhsullar üzrə təcrübəsi olmalıdır.
Məhsulların təqdimatı və satışı ilə məşğul olur, müştəri əlaqələrini idarə edir.
Xarici bazarlarda satışları idarə edir və yeni müştərilər cəlb etmək bacarığı tələb olunur.



