Heyvandarlıq sahəsində baytarlıq işlərini və xəstəliklərin müalicəsini həyata keçirir, minimum 1 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifəyə tələblər:
- Aidiyyati sahə üzrə ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar verməyi bacarmalı.
Vəzifə öhdəlikləri:
- Heyvanların vaksinasiyasını sistemli və müəyyən edilmiş qrafikə uyğun həyata keçirmək;
- Heyvanların sağlamlıq vəziyyətini gündəlik olaraq yoxlamaq və nəzarətdə saxlamaq;
- Xəstə heyvanların baxımını və müalicəsini həyata keçirmək;
- Heyvanların xəstəliklərdən qorunması məqsədilə qabaqlayıcı tədbirlər görmək;
- Xəstəliklərin yaranma səbəblərini araşdırmaq və müvafiq tədbirlər həyata keçirmək;
- Xəstəliklərin, aparılan müalicələrin və vaksinasiyaların uçotunu və qeydiyyatını düzgün aparmaq;
- Xəstəliyin səbəbinin yemləmə ilə əlaqəli olduğu müəyyən edildikdə, zootexniklə məsləhətləşərək heyvanlar üçün yeni rasionların hazırlanmasını təmin etmək;
- Xəstə heyvanların karantin rejiminə və müvafiq baytarlıq tələblərinə riayət olunmasına nəzarət etmək;
- Heyvanların doğuş proseslərini həyata keçirmək, doğuşdan əvvəl və doğuşdan sonra müvafiq baytarlıq xidmətlərini və müalicə tədbirlərini icra etmək.
İş vaxtının norması:
- 6 günlük iş rejimi.
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
İş Yeri:
- Kürdəmir rayonu.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Baytar həkim (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Baytar həkim üzrə bazar adətən 800–2 200 ₼ ödəyir, median — 900 ₼.
4 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baytar həkim kimi öz maaşını yoxlaŞirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaytar həkim üzrə Kürdəmirdə digər açıq elanlar.
Quşçuluq təsərrüfatında baytarlıq xidmətləri göstərmək və qabaqlayıcı tədbirlər həyata keçirmək tələb olunur
Heyvandarlıq sahəsində bilik və təcrübəsi olan baytar texniki axtarılır.


