Heyvanların süni mayalanmasını həyata keçirir və baytarlıq heyəti ilə koordinasiyalı işləmə bacarığı tələb olunur.
Vakansiya haqqında
“Şirvan Aqro” MMC heyvandarlıq kompleksində texnoloji proseslərin səmərəli idarə edilməsi, avtomatlaşdırılmış sistemlərin işlək vəziyyətinin təmin olunması və sürünün məhsuldarlığının artırılması məqsədilə komandasına Sürünün idarə edilməsi üzrə mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Sürünün idarə edilməsi sistemlərinin, elektron identifikasiya vasitələrinin, sensorların və əlaqəli avadanlıqların işinə nəzarət etmək;
- Sürünün sağlamlıq, məhsuldarlıq və reproduktiv göstəricilərini sistemlər vasitəsilə izləmək və təhlil etmək;
- Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və texniki xidmət prosesini koordinasiya etmək;
- Elektron məlumat bazalarının düzgün aparılmasını və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
- Tövlələrdə heyvanların sağlamlıq vəziyyətinə, saxlanma şəraitinə və rifahına nəzarət etmək;
- Aşkar edilmiş problemlər barədə aidiyyəti şəxsləri məlumatlandırmaq və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək.
Namizədə tələblər:
- Texniki, kənd təsərrüfatı, zootexniklik və ya müvafiq sahələr üzrə ali təhsil;
- Avtomatlaşdırılmış sistemlər və texnoloji avadanlıqlarla işləmək bacarığı;
- MS Excel və elektron məlumat bazaları ilə işləmək bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik və problem həll etmə bacarığı;
- Heyvandarlıq və südçülük kompleksində iş təcrübəsi – üstünlükdür
İş şəraiti:
- İş qrafiki: istehsal proseslərinin xüsusiyyətlərinə uyğun növbəli iş rejimi;
- Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
- İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Şamaxı şəhərində, “Şirvan Aqro” MMC-dədir.
İş qrafiki istehsal proseslərinin xüsusiyyətlərinə uyğun növbəli iş rejimidir.
Namizədin texniki, kənd təsərrüfatı, zootexniklik və ya müvafiq sahələr üzrə ali təhsili olmalıdır.
Avtomatlaşdırılmış sistemlər, MS Excel və elektron məlumat bazaları ilə işləmək bacarığı tələb olunur.
Heyvandarlıq və südçülük kompleksində iş təcrübəsi üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHeyvan sağlamlığı üzrə məsləhətçi üzrə Şamaxı şəhərində digər açıq elanlar.
Tibb müəssisələrində məhsulların təqdimatını və satışını həyata keçirir, yüksək kommunikasiya bacarığı tələb olunur.


