Vakansiya haqqında

İpPsixoloq Köməkçisi

RAS Psixologiya Mərkəzi | Bakı | Tam iş günü | Ofis və uzaqdan iş

RAS Psixologiya Mərkəzi olaraq komandamıza psixoloq köməkçisi kimi qoşulacaq, müraciətçi əlaqələrini və sosial media fəaliyyətini idarə edəcək həvəsli bir komanda yoldaşı axtarırıq. İnsanlarla ünsiyyət qurmağı sevirsinizsə, sosial mediada aktivsinizsə və psixi sağlamlıq sahəsində mənalı bir işdə yer almaq istəyirsinizsə, sizi komandamızda görmək istərdik.

Bu vəzifə üçün psixologiya bölməsi məzunlarına üstünlük veririk.

Vəzifə Öhdəlikləri

  • Veb sayt, WhatsApp, telefon və sosial media üzərindən gələn müraciətlərə cavab vermək
  • Daxil olan mesajları və telefon zənglərini qəbula yönləndirmək
  • Qəbul cədvəlini izləmək və idarə etmək
  • İlkin görüşləri aparmaq və seans izləmələrini həyata keçirmək (seans öncəsi hazırlıq, seans sonrası geri dönüş, davamlılıq izləməsi)
  • Müraciətçi münasibətlərini idarə etmək (təsdiq, xatırlatma, geri dönüş)
  • Instagram və digər sosial media platformalarında trend olan məzmunları izləmək və siyahılamaq
  • Psixoloji məzmun istehsal etmək (post mətnləri, vizual üzərindəki yazılar, məlumatlandırıcı paylaşımlar)
  • Böyük səhifələrlə qarşılıqlı əlaqə qurmaq və izləyici artırma strategiyalarını tətbiq etmək

Tələb Olunan Xüsusiyyətlər

  • Psixologiya bölməsi məzunu olmaq (zəruri)
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
  • WhatsApp Business, Instagram DM və e-poçt vasitəsilə peşəkar yazışma bacarığı
  • Telefon danışıqlarında səbirli, anlayışlı və həll yönümlü yanaşma
  • Sosial media platformalarına (Instagram, TikTok, Facebook) yaxşı bələdlik
  • Trend izləmə və məzmun planlaması bacarığı
  • Canva və ya bənzər vizual hazırlama alətlərində əsas səviyyədə təcrübə
  • Psixologiya və psixi sağlamlıq sahəsinə həssas və etik yanaşma
  • Məxfilik prinsiplərinə tam riayət
  • Vaxtın idarə edilməsi və çoxsaylı tapşırıqları paralel aparma bacarığı
  • Komanda işinə uyğun, təşəbbüskar və öyrənməyə açıq olmaq

Üstünlük Sayılan Xüsusiyyətlər

  • Klinik psixologiya, məsləhətçi psixologiyası və ya sosial psixologiya sahəsində ixtisaslaşma
  • Türkcə yazışma bacarığı
  • Klinika, sağlamlıq mərkəzi və ya şəxsi inkişaf sahəsində əvvəlki iş təcrübəsi
  • Müştəri xidmətləri və ya satış sahəsində təcrübə

Niyə RAS Psixologiya Mərkəzi?

  • Peşəkar biliyinizi sosial media və müraciətçi əlaqələri sahəsində tətbiq edə biləcəyiniz bir vəzifə
  • İnsanların həyatına real təsir edən, mənalı bir sahədə iş imkanı
  • Peşəkar və dəstəkləyici komanda mühiti
  • Daimi öyrənmə və inkişaf imkanları
  • Müasir iş alətləri və rəqəmsal infrastruktur

İş Şərtləri

  • İş saatları: 10:00 – 19:00
  • İş günləri: Bazar ertəsi – şənbə (həftədə 6 gün)
  • İstirahət günü: Bazar
  • İş yeri: RAS Psixologiya Mərkəzi, Bakı
  • İş forması: Tam iş günü, hibrid (ofis və uzaqdan iş)
  • Əmək haqqı: Müsahibə əsasında, təcrübəyə uyğun

Müraciət

CV-nizi və qısa motivasiya mətninizi LinkedIn üzərindən göndərə bilərsiniz.

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 avqust 2026
Dillər
Azerbaijani, Turkish

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

PMO Consulting
MiddleBakı
Maaş göstərilməyib

Marketinq fəaliyyətlərini icra etmək və sosial media məzmununu yaratmaq bacarığı tələb olunur.

Visual DesignCanvaMeta AdsContent Creation+6
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Psixoloq köməkçisi
Müraciət et