Vakansiya haqqında

İş Yeri: Sumqayıt, Hacı Zeynalabdin qəsəbəsi (tarixən və yerli əhali arasında Nasoslu və ya Nasosnaya kimi tanınır) və ətraf ərazilər

Biz yüksək keyfiyyətli fərdi psixoloji xidmətlər, eləcə də qrup əsaslı müdaxilələr həyata keçirmək üzrə ixtisaslaşmış, peşəkar və təcrübəli Psixoloq axtarırıq. Uyğun namizəd uşaq və ailə psixi sağlamlığı sahəsinə maraqlı olmalı, depressiya, narahatlıq, əhval pozuntuları, travma və psixososial çətinliklər kimi geniş yayılmış hallarla işləmək üzrə güclü bilik və təcrübəyə malik olmalıdır.

Əsas vəzifə öhdəlikləri:

  • Sumqayıt və ona yaxın ərazilərdə yaşayan layihə iştirakçısı olan böyüklər və ya uşaqlar üçün fərdi psixoloji məsləhət sessiyalarının keçirilməsi.
  • Layihədə iştirak edən ailələr üçün qrup əsaslı ailə gücləndirmə sessiyalarının aparılması.
  • Layihənin metodologiyası və məqsədlərinə uyğun olaraq təlim-seminarların və digər potensialın artırılması fəaliyyətlərinin həyata keçirilməsi.
  • Depressiya, narahatlıq və digər emosional/davranış çətinlikləri daxil olmaqla psixi sağlamlıqla bağlı məsələlər üzrə ixtisaslaşmış dəstəyin göstərilməsi.
  • Həm fərdi qaydada — təkbətək sessiyalarda, həm də qrup və ailə mühitində əməkdaşlıq şəraitində işləmək.
  • Məxfilik və etik standartlara ciddi riayət etməklə sənədləşməni, sessiya qeydlərini və irəliləyiş hesabatlarını düzgün şəkildə aparmaq.

Namizədə dair tələblər:

  • Klinik psixologiya, psixoloji məsləhət, uşaq inkişafı, sosial iş və ya yaxın əlaqəli sahə üzrə ali təhsil dərəcəsi. Magistr və ya daha yüksək dərəcə üstünlükdür.
  • Azərbaycanda psixoloq və ya psixi sağlamlıq üzrə mütəxəssis kimi fəaliyyət göstərmək üçün müvafiq lisenziya/sertifikat və ya onu əldə etmək hüququ.
  • Fərdi terapiyaya aydın fokus olmaqla, psixoloji və psixososial dəstəyin göstərilməsi sahəsində minimum 5 il peşəkar iş təcrübəsi.
  • Uşaqlar, yeniyetmələr və ailələrlə, xüsusilə depressiya, narahatlıq, əhval pozuntuları, davranış çətinlikləri və ailədaxili münasibətlər/dinamika ilə bağlı məsələlər üzrə sübut olunmuş iş təcrübəsi.
  • Uşaq inkişafı, ailə gücləndirmə yanaşmaları, travmaya həssas yanaşma, psixososial dəstək və uşaq müdafiəsi prinsipləri üzrə dərin biliklər.
  • Mükəmməl fasilitasiya, kommunikasiya, şəxslərarası ünsiyyət və hesabat yazma bacarıqları. Azərbaycan dilini mükəmməl bilmək tələb olunur; ingilis dili biliyi böyük üstünlükdür.
  • Layihə metodologiyasına, vaxt qrafikinə və beynəlxalq etik standartlara — məxfilik, məlumatlandırılmış razılıq, uşaq müdafiəsi və s. — ciddi riayət etməklə həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı.
  • Mədəni həssaslıq və müxtəlif və ya icma əsaslı mühitlərdə iş təcrübəsi arzuolunandır.

Aşağıdakı sahələrdə güclü təcrübə:

  • Fərdi təkbətək sessiyalar
  • Qrup sessiyaları və ailə müdaxilələri
  • Təlim-seminarlar

Üstünlük hesab olunan əlavə bacarıqlar:

  • Sübutlara əsaslanan yanaşmalar üzrə təcrübə, o cümlədən travmaya fokuslanan koqnitiv-davranış terapiyası (CBT), ailə terapiyası, oyun terapiyası, ARC — Bağlılıq, Özünü Tənzimləmə və Bacarıqların İnkişafı yanaşması və ya oxşar metodlarla iş təcrübəsi.
  • Uşaq rifahı, psixi sağlamlıq və ya sosial inkişaf sahələri üzrə layihələrdə əvvəlki iş təcrübəsi.

Təklif olunur:

  • Müqavilə müddəti: 12 ay
  • İcmada uşaqların və ailələrin psixi sağlamlığına real təsir göstərmək üçün mənalı imkan
  • Peşəkar superviziya və potensialın artırılması imkanları

Hesabatlılıq:

  • Psixoloq birbaşa Layihə Koordinasiya Komandasına hesabat verəcək və fəaliyyətlərin vaxtında icrasına, eləcə də yüksək keyfiyyətli irəliləyiş hesabatlarının təqdim edilməsinə görə məsuliyyət daşıyacaqdır.

Maraqlanan namizədlər CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların surətlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Psixoloq vakansiyası – Sumqayıt” qeyd olunmalıdır.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Sumqayıt, Hacı Zeynalabdin qəsəbəsi (Nasoslu)
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 oktyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
26 noyabr 2026
Baxış
316

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Psixoloq üzrə bazar adətən 538–800 ₼ ödəyir, median — 650 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

17 açıq vakansiya, 27 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Psixoloq kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Sumqayıt, Hacı Zeynalabdin qəsəbəsi (Nasoslu) və ətraf ərazilər.

Psixoloji və psixososial dəstək sahəsində minimum 5 il peşəkar iş təcrübəsi tələb olunur.

Klinik psixologiya, psixoloji məsləhət, uşaq inkişafı və ya yaxın əlaqəli sahədə ali təhsil, magistr və ya daha yüksək dərəcə üstünlükdür.

CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların surətləri təqdim edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

E-mail mövzu hissəsində “Psixoloq vakansiyası – Sumqayıt” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Müqavilə müddəti 12 aydır.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Psixoloq üzrə Sumqayıtda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Psixoloq
Müraciət et