Требуется русскоязычный психолог для работы в Сумгаите
О роли
İş Yeri: Sumqayıt, Hacı Zeynalabdin qəsəbəsi (tarixən və yerli əhali arasında Nasoslu və ya Nasosnaya kimi tanınır) və ətraf ərazilər
Biz yüksək keyfiyyətli fərdi psixoloji xidmətlər, eləcə də qrup əsaslı müdaxilələr həyata keçirmək üzrə ixtisaslaşmış, peşəkar və təcrübəli Psixoloq axtarırıq. Uyğun namizəd uşaq və ailə psixi sağlamlığı sahəsinə maraqlı olmalı, depressiya, narahatlıq, əhval pozuntuları, travma və psixososial çətinliklər kimi geniş yayılmış hallarla işləmək üzrə güclü bilik və təcrübəyə malik olmalıdır.
Əsas vəzifə öhdəlikləri:
- Sumqayıt və ona yaxın ərazilərdə yaşayan layihə iştirakçısı olan böyüklər və ya uşaqlar üçün fərdi psixoloji məsləhət sessiyalarının keçirilməsi.
- Layihədə iştirak edən ailələr üçün qrup əsaslı ailə gücləndirmə sessiyalarının aparılması.
- Layihənin metodologiyası və məqsədlərinə uyğun olaraq təlim-seminarların və digər potensialın artırılması fəaliyyətlərinin həyata keçirilməsi.
- Depressiya, narahatlıq və digər emosional/davranış çətinlikləri daxil olmaqla psixi sağlamlıqla bağlı məsələlər üzrə ixtisaslaşmış dəstəyin göstərilməsi.
- Həm fərdi qaydada — təkbətək sessiyalarda, həm də qrup və ailə mühitində əməkdaşlıq şəraitində işləmək.
- Məxfilik və etik standartlara ciddi riayət etməklə sənədləşməni, sessiya qeydlərini və irəliləyiş hesabatlarını düzgün şəkildə aparmaq.
Namizədə dair tələblər:
- Klinik psixologiya, psixoloji məsləhət, uşaq inkişafı, sosial iş və ya yaxın əlaqəli sahə üzrə ali təhsil dərəcəsi. Magistr və ya daha yüksək dərəcə üstünlükdür.
- Azərbaycanda psixoloq və ya psixi sağlamlıq üzrə mütəxəssis kimi fəaliyyət göstərmək üçün müvafiq lisenziya/sertifikat və ya onu əldə etmək hüququ.
- Fərdi terapiyaya aydın fokus olmaqla, psixoloji və psixososial dəstəyin göstərilməsi sahəsində minimum 5 il peşəkar iş təcrübəsi.
- Uşaqlar, yeniyetmələr və ailələrlə, xüsusilə depressiya, narahatlıq, əhval pozuntuları, davranış çətinlikləri və ailədaxili münasibətlər/dinamika ilə bağlı məsələlər üzrə sübut olunmuş iş təcrübəsi.
- Uşaq inkişafı, ailə gücləndirmə yanaşmaları, travmaya həssas yanaşma, psixososial dəstək və uşaq müdafiəsi prinsipləri üzrə dərin biliklər.
- Mükəmməl fasilitasiya, kommunikasiya, şəxslərarası ünsiyyət və hesabat yazma bacarıqları. Azərbaycan dilini mükəmməl bilmək tələb olunur; ingilis dili biliyi böyük üstünlükdür.
- Layihə metodologiyasına, vaxt qrafikinə və beynəlxalq etik standartlara — məxfilik, məlumatlandırılmış razılıq, uşaq müdafiəsi və s. — ciddi riayət etməklə həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı.
- Mədəni həssaslıq və müxtəlif və ya icma əsaslı mühitlərdə iş təcrübəsi arzuolunandır.
Aşağıdakı sahələrdə güclü təcrübə:
- Fərdi təkbətək sessiyalar
- Qrup sessiyaları və ailə müdaxilələri
- Təlim-seminarlar
Üstünlük hesab olunan əlavə bacarıqlar:
- Sübutlara əsaslanan yanaşmalar üzrə təcrübə, o cümlədən travmaya fokuslanan koqnitiv-davranış terapiyası (CBT), ailə terapiyası, oyun terapiyası, ARC — Bağlılıq, Özünü Tənzimləmə və Bacarıqların İnkişafı yanaşması və ya oxşar metodlarla iş təcrübəsi.
- Uşaq rifahı, psixi sağlamlıq və ya sosial inkişaf sahələri üzrə layihələrdə əvvəlki iş təcrübəsi.
Təklif olunur:
- Müqavilə müddəti: 12 ay
- İcmada uşaqların və ailələrin psixi sağlamlığına real təsir göstərmək üçün mənalı imkan
- Peşəkar superviziya və potensialın artırılması imkanları
Hesabatlılıq:
- Psixoloq birbaşa Layihə Koordinasiya Komandasına hesabat verəcək və fəaliyyətlərin vaxtında icrasına, eləcə də yüksək keyfiyyətli irəliləyiş hesabatlarının təqdim edilməsinə görə məsuliyyət daşıyacaqdır.
Maraqlanan namizədlər CV, motivasiya məktubu və müvafiq diplom/lisenziyaların surətlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. E-mailin mövzu hissəsində “Psixoloq vakansiyası – Sumqayıt” qeyd olunmalıdır.

Подходишь ли ты на эту вакансию?
Загрузи CV — за 10 секунд увидишь процент совпадения, свою цену на рынке и чего не хватает в резюме.
Зарплата на рынке
Работодатель сумму не назвал. По роли «Психолог» обычно платят 538–800 ₼, медиана — 650 ₼.
17 открытых вакансий, 27 зарплат: объявления, анкеты, «Проверь зарплату».
Проверить свою зарплату как «Психолог»О компании
Ваш отклик
Вопросы об этой вакансии
В Сумгаите, в поселке Гаджи Зейналабдин (Насослу) и прилегающих районах.
Требуется минимум 5 лет профессионального опыта в области психологической и психосоциальной поддержки.
Высшее образование в области клинической психологии, психологического консультирования, развития ребенка или смежных областях, предпочтительно магистр или выше.
Необходимо предоставить резюме, мотивационное письмо и копии соответствующих дипломов/лицензий. Отклик отправляется через форму на этой странице: письмо уходит напрямую работодателю, регистрация не нужна.
Перейти к форме откликаВ теме письма указать «Вакансия психолога – Сумгаит». Отклик отправляется через форму на этой странице: письмо уходит напрямую работодателю, регистрация не нужна.
Перейти к форме откликаСрок контракта составляет 12 месяцев.
Похожие вакансии
Все похожие вакансииДругие открытые объявления по роли «Психолог» в городе Сумгаит.
В центре речевого и психологического развития в Сумгайыте требуется логопед.
Требуется психолог для оказания психологических услуг в учебном и развивающем центре.
В центре психологического и речевого развития открыты различные вакансии для поддержки развития детей.