İnteryer dizayn layihələrini idarə edir və komanda bacarıqları tələb olunur.
Vakansiya haqqında
- Bölmənin illik fəaliyyət və “Çərçivə Planı”nı hazırlamalı, təsdiq üçün rəhbərliyə təqdim etməli və planın icrasını təmin etməli;
- Sosial psixoloji dəstək fəaliyyətlərinin keyfiyyətini yüksəltmək məqsədilə inkişaf istiqamətləri üzrə təkliflər hazırlamalı;
- Bölmənin fəaliyyət sahəsinə dair yeni test, ölçmə vasitələri və alətlərin tətbiqi, araşdırılması və satın alınması ilə bağlı təkliflər təqdim etməli;
- Mərkəzin missiyası, vizyonu və dəyərləri ilə uyğunluğun qorunmasını təmin etməli;
- Bölmə əməkdaşları arasında əməkdaşlıq mühitini formalaşdırmalı, onların peşəkar inkişafını və daxili təlimlərə cəlb olunmasını dəstəkləməli;
- Tabeliyində olan işçilərin fəaliyyətini mütəmadi olaraq qiymətləndirməli, fərdi müsahibə planlarını təsdiq etməli və hesabatların düzgünlüyünə nəzarət etməli;
- Daxili keyfiyyət təminatı məqsədilə bölmənin fəaliyyətini təhlil etməli və davamlı inkişaf üçün tədbirlər görməli;
- Tələbə və müəllimlərə fərdi və qrup psixoloji konsultasiyaların təşkilini təmin etməli və xidmətlərin keyfiyyətinə nəzarət etməli;
- Məktəbdaxili sosial və emosional problemlərin həllinə dair təşəbbüslər irəli sürməli və tətbiqini həyata keçirməli;
- Fərdi inkişaf proqramları və motivasiya artırıcı layihələr hazırlamalı, onların tətbiqini təmin etməli;
- Zorakılıq, emosional böhran, travma və digər kritik vəziyyətlərdə uyğun psixoloji müdaxilə strategiyalarını hazırlamalı və tətbiq etməli;
- Psixoloji müalicəyə ehtiyacı olan şagirdləri aidiyyəti qurumlara yönləndirməli və prosesə nəzarət etməli;
- Valideynlərlə müntəzəm görüşlər təşkil etməli, onların iştirakı ilə məlumatlandırıcı sessiyalar və təlimlər həyata keçirməli;
- Valideyn iclaslarında iştirak etməli, valideynlərlə telefon danışıqlarının hesabatlarını yoxlamalı və uyğun tədbirlər görməli;
- Valideynlərlə əməkdaşlığı gücləndirməli, onların şagirdlərlə bağlı müraciətlərinə cavab verməli və yönləndirmələr təşkil etməli;
- “Psixoloji Dəstək Bölməsinə İstiqamət Forması” əsasında yönləndirilən şagirdləri uyğun əməkdaşlara təhkim etməli və onların təqibini təmin etməli;
- Məktəbə yeni köçürülmüş şagirdlərin adaptasiyası üçün oriyentasiya proqramlarını planlamalı və tətbiqinə nəzarət etməli;
- Müəllim və rəhbərlikdən daxil olan davranış və psixoloji çətinliklərlə bağlı müraciətlərə uyğun dəstək tədbirləri həyata keçirməli;
- Psixoloji dəstək fəaliyyətlərinə dair aylıq və illik hesabatların hazırlanmasını təmin etməli və rəhbərliyə təqdim etməli;
- Tətbiq edilən test, sorğu və proqramların nəticələrini təhlil etməli və müvafiq şəxsləri məlumatlandırmalı;
- Təlim, seminar və təşviqat fəaliyyətlərinin nəticələrini qiymətləndirməli və səmərəliliyin artırılması üçün tədbirlər görməli;
- Fəaliyyətini mövcud təhsil qanunvericiliyi, psixoloji etika normaları və daxili normativ sənədlərə uyğun şəkildə həyata keçirməli;
- Qanunvericilikdəki dəyişikliklər barədə bölmə əməkdaşlarını məlumatlandırmalı;
- Rəhbərliyin təyin etdiyi komitə, şura və komissiyalarda fəal iştirak etməli və bölməni təmsil etməlidir.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
30 sentyabr 2026
Şirkət haqqında
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Təhsil, Təlim və peşəkar inkişaf · Baku
Uğurlu və Xoşbəxt Gələcəyə aparan Təhsil! Şagirdlərimiz həyata hazırlıq dövrünün əsas mərhələləri boyunca (3-17 yaş) dəstəkləyici bir mühitdə yüksək akademik nailiyyətlər və hərtərəfli inkişaf imkanı əldə edərək gələcəyin potensial…
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
1 000₼
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İnsan Resursları şöbəsinin fəaliyyətini idarə edir və ən azı 5 il HR təcrübəsi tələb olunur.
Performance ManagementLeadershipTeam Management
Müraciət etAsan müraciətAsan müraciət
1 000–1 500₼
Tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik edir və komanda idarəetmə bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Restoranlar üçün marketinq strategiyasını hazırlayan və komandaya rəhbərlik edən təcrübəli marketinq meneceri.
Müraciət etAsan müraciətAsan müraciət




