Vakansiya haqqında
Swissdent klinikası olaraq özünəgüvənən peşəkarları hazırda genişlənməkdə olan Bakı və Sumqayıt komandamıza qoşulmağa dəvət edirik.
İş barəsində məlumat:
- Müraciət edən pasiyentlərin müayinə olunması
- Müalicə planının hazırlanması
- Protokola uyğun müayinə və müalicə proseslərinin yerinə yetirilməsi
- Müayinə və müalicə nəticələrinin müvafiq ERP sistemə işlənməsi
Klinika tərəfindən təmin edilir:
- Lazım olan bütün material və avadanlıq
- Koordinator xidməti
- Tibb bacısı xidməti
- Davamlı artan pasiyent bazası
- Rəqabətə davamlı sabit maaş + əlavə % (müsahibə zamanı bildirilir)
- Rəsmi stabil iş yeri
- Multidissiplinar yanaşma
- Korporativ iş mühiti və peşəkar kollektivdə çalışma
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- İxtisası üzrə əlavə sertifikatların mövcudluğu üstünlükdür
- Minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis dilinin olması arzu olunandır
- Peşəkar etika və peşəkar ünsiyyət psixologiyası biliyi
- Yüksək səviyyədə komandada işləmə qabiliyyəti və müştəri yönümlülük
- İnsanpərvərlik, punktuallıq, məsuliyyətlilik
Tələblərə uyğun namizədlər mövzu yerinə “Stomatoloq” yazmaqla CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Diplomu təsdiqlənməmiş (xaricdə təhsil alan namizdələr üçün), müvafiq sertifikasiya proqramından keçməmiş və ya sertifikatının etibarlılıq müddəti bitmiş namizədlərdən müraciət etməmələri öncədən xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Minimum 3 il iş təcrübəsi tələb olunur.
Azərbaycan, Rus və İngilis dillərinin biliyi arzu olunandır.
Mövzu yerinə “Stomatoloq” yazmaqla CV göndərilməlidir. Diplomu təsdiqlənməmiş və ya sertifikatı etibarsız olan namizədlər müraciət etməməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçLazım olan bütün material və avadanlıq, koordinator və tibb bacısı xidməti təmin edilir, rəqabətə davamlı maaş və əlavə faiz verilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarStomatoloq üzrə Bakıda digər açıq elanlar.
Uşaqların sağlamlığını qorumaq və müayinə etmək üçün pediatrik tibbi bilik tələb olunur.
Donor və resipiyent məlumatlarını idarə edir, tibbi koordinasiya bacarığı tələb olunur.
Beton, asfalt-beton və qrunt sınaqlarını aparır, laboratoriya sınaqları üzrə 3 il təcrübəsi var.


