Pasiyentlərin müayinəsini aparır, müalicə planı hazırlayır və protokola uyğun müalicə edir, 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Swissdent klinikası olaraq karyera pilləsində irəliləmək istəyən, sosial məsuliyyətli, insanpərvər, o cümlədən yüksək motivasiyaya sahib şəxsləri hazırda genişlənməkdə olan Bakı və Sumqayıt komandamıza qoşulmağa dəvət edirik.
İş barədə məlumat:
- Müraciət edən pasiyentlərin müayinə olunması
- Müalicə planının hazırlanması
- Protokola uyğun cərrahiyyə prosesinin yerinə yetirilməsi
- Müayinə və müalicə nəticələrinin müvafiq ERP sistemə işlənməsi
Klinika tərəfindən təmin edilir:
- Lazım olan bütün material və avadanlıq
- Koordinator xidməti
- Tibb bacısı xidməti
- Davamlı artan pasiyent bazası
- Rəqabətə davamlı sabit maaş + əlavə % (müsahibə zamanı bildirilir)
- Rəsmi stabil iş yeri
- Korporativ iş mühiti və peşəkar kollektivdə çalışma
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- “Üz çənə cərrahiyyəsi” ixtisası üzrə fəaliyyət ilə məşğul olmağa buxarılma barədə Az.Res. Səhiyyə Nazirliyinin Şəhadətnaməsinin olması vacibdir
- İxtisası üzrə əlavə sertifikatların mövcudluğu üstünlükdür
- Cərrah kimi minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, Rus, İngilis dilinin olması arzu olunandır
- Peşəkar etika və peşəkar ünsiyyət psixologiyası biliyi
- Yüksək səviyyədə komandada işləmə qabiliyyətivə müştəri yönümlülük
- İnsanpərvərlik, punktuallıq, məsuliyyətlilik
Tələblərə uyğun namizədlər mövzu yerinə “Cərrah” yazmaqla CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Diplomu təsdiqlənməmiş (xaricdə təhsil alan namizdələr üçün), müvafiq sertifikasiya proqramından keçməmiş və ya sertifikatının etibarlılıq müddəti bitmiş namizədlərdən müraciət etməmələri öncədən xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Cərrah kimi minimum 3 il iş təcrübəsi tələb olunur.
Müvafiq sahə üzrə ali təhsil və Səhiyyə Nazirliyinin Şəhadətnaməsi vacibdir, əlavə sertifikatlar üstünlükdür.
Azərbaycan, Rus və İngilis dillərinin biliyi arzu olunandır.
Mövzu yerinə “Cərrah” yazmaqla CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarStomatoloq üzrə Bakıda digər açıq elanlar.
Bakı şəhərində stomatologiya klinikasında həkim-stomatoloq kimi tam iş saatı işləmək.
Stomoloji cərrah kimi cərrahi stomatologiya üzrə 5 il təcrübə tələb olunur
Sumqayıtda stomatologiya üzrə təcrübəli həkim-stomatoloq axtarılır, ali təhsil tələb olunur

