Vakansiya haqqında

Grand Medicine MMC qida əlavələri və sağlamlıq məhsullarının apteklər üzrə satışını həyata keçirmək üçün komandamıza Tibbi Nümayəndə axtarır.

İşin Mahiyyəti

  • Bu vəzifə ofis işi deyil, aktiv sahə və satış işidir.
  • Tibbi nümayəndəyə konkret ərazi təhkim olunur və iş gününün əsas hissəsi həmin ərazidə apteklərin gündəlik ziyarəti ilə keçirilir.

Əsas vəzifələr

  • Təhkim olunmuş ərazi üzrə hər gün aptekləri ziyarət etmək;
  • Grand Medicine məhsullarını təqdim etmək və qiymət təklifləri vermək;
  • Yeni apteklər tapmaq və müştəri bazasına qazandırmaq;
  • Aptek rəhbərləri, müdirləri və qərarverici şəxslərlə əlaqələr qurmaq;
  • Sifarişlər almaq və satış həyata keçirmək;
  • Mövcud apteklərlə davamlı işləmək və təkrar satışları artırmaq;
  • Gündəlik ziyarət və satış nəticələri üzrə hesabat təqdim etmək.

Tələblər

  • Ali təhsil mütləqdir;
  • Azərbaycan dilində səlis danışıq bacarığı;
  • Aktiv, ünsiyyətcil və nəticəyönümlü olmaq;
  • Satış və üz-üzə ünsiyyətdən çəkinməmək;
  • Gün ərzində davamlı sahədə işləməyə hazır olmaq;
  • Planlı, məsuliyyətli və intizamlı işləmək;
  • Öyrənməyə və inkişaf etməyə açıq olmaq.

Tibb, əczaçılıq, biologiya, kimya və əlaqəli sahələr üzrə ali təhsil və satış təcrübəsi üstünlükdür.

Biz nə təklif edirik?

  • 700 AZN sabit əmək haqqı;
  • Satış nəticələrinə əsaslanan əlavə bonus sistemi;
  • Şəxsi avtomobili ilə işləyən əməkdaşlara əlavə 250 AZN yanacaq və avtomobil amortizasiya ödənişi;
  • Məhsul və satış üzrə təlim və rəhbərlik dəstəyi;
  • Müəyyən edilmiş satış ərazisi və sistemli iş planı;
  • Nəticə göstərən əməkdaşlar üçün əmək haqqı və karyera inkişafı imkanı;
  • Bazar ertəsi–Cümə: tam iş günü;
  • Şənbə: qısa iş günü.

Müraciət etməzdən əvvəl diqqətlə oxuyun

  • Bu vakansiya hər gün sahədə olmağı, aptek-aptek ziyarət etməyi, yeni insanlarla ünsiyyət qurmağı və aktiv satış etməyi tələb edir.
  • Ofis işi axtaran, gün ərzində sahədə işləmək istəməyən, aptekləri davamlı ziyarət etməyə hazır olmayan və satış məsuliyyəti götürmək istəməyən namizədlər üçün bu vakansiya uyğun deyil.
  • İşin formatı Sizə uyğun deyilsə, xahiş edirik müraciət etməyin.

CV-nizi e-mailin mövzu hissəsində “Tibbi Nümayəndə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Yerləşmə
Azərbaycan
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 avqust 2026
Dillər
Azerbaijani
Son tarix
21 sentyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

500

Məhsul və xidmətləri tanıtmaq, satış planını yerinə yetirmək tələb olunur.

Customer Relationship ManagementMarket ResearchReportingSales+5
Müraciət etAsan müraciətAsan müraciət
700

Apteklərdə məhsul təqdimatı və satışı ilə məşğuldur, satış sahəsində təcrübə tələb olunur.

Pharmaceutical SalesCustomer Relationship ManagementSalesTerritory Management+3
Müraciət etAsan müraciətAsan müraciət
EAST TRADE
Manager · 5+ il
800

Region üzrə satışları idarə edir, yeni müştərilər cəlb edir və 5 il təcrübə tələb olunur

Customer Relationship ManagementBusiness DevelopmentResponsibilitySales+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Tibbi nümayəndə – aptek satışları
Müraciət et