Tibbi məhsulları tanıtmaq və təqdimat aparmaq bacarığı olan məsuliyyətli nümayəndə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
- Regional menecerlə razılaşdırılmış plana uyğun olaraq səhiyyə mütəxəssislərinə və aptek şəbəkələrinə gündəlik ziyarətlərin həyata keçirilməsi;
- Həkimlərə şirkətin məhsulları haqqında elmi məlumatların təqdim edilməsi;
- Hədəf auditoriya üçün promosiya tədbirlərinin, dəyirmi masaların və qrup görüşlərinin təşkili və keçirilməsi;
- Müvafiq tibbi istiqamət üzrə elmi yeniliklərin izlənilməsi və daxili təlimlərdə iştirak;
- Davam edən layihələrin effektiv icrası üçün müxtəlif şöbələrlə əməkdaşlıq;
- Gündəlik fəaliyyətin sistemdə vaxtında və düzgün əks etdirilməsi, eləcə də digər inzibati tapşırıqların yerinə yetirilməsi;
- Şirkətin fəaliyyətinin və məhsullarının etik və peşəkar şəkildə tanıdılması məqsədilə zəruri digər işlərin həyata keçirilməsi.
Tələblər
- Ali tibbi təhsil;
- Microsoft Office proqramlarında yaxşı işləmə bacarığı;
- Etibarlı sürücülük vəsiqəsi və aktiv sürücülük bacarığı.
Şəxsi və peşəkar bacarıqlar
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Effektiv peşəkar münasibətlər qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik və dürüstlük;
- Nəticəyönümlü və proaktiv yanaşma;
- Vaxtın idarə edilməsi və prioritetlərin düzgün müəyyənləşdirilməsi;
- Çeviklik və dəyişikliklərə tez uyğunlaşmaq bacarığı;
- Analitik və strateji düşüncə;
- Peşəkar inkişafa yüksək motivasiya.
Şirkət nə təklif edir
- Peşəkar və karyera inkişafı imkanları;
- Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
- Tibbi sığorta;
- Şirkət avtomobili və müəyyən edilmiş yanacaq limiti;
- Mobil rabitə təminatı;
- Peşəkar, inkişafyönümlü və mehriban iş mühiti;
- Beynəlxalq təcrübə və davamlı peşəkar dəstək;
- Daxili təlimlərdə və inkişaf proqramlarında iştirak.
Şəxsi məlumatların qorunması
- CV, ərizə və ya tərcümeyi-hal göndərməklə, təqdim etdiyiniz şəxsi məlumatların namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi və mümkün əmək münasibətlərinin qurulması məqsədilə qüvvədə olan şəxsi məlumatların qorunması qanunvericiliyinə uyğun emal edilməsinə razılıq verirsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Tibbi nümayəndə üzrə bazar adətən 800–1 100 ₼ ödəyir, median — 900 ₼.
33 açıq vakansiya, 21 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Tibbi nümayəndə kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi təklif olunur.
CV, ərizə və ya tərcümeyi-hal göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMövzu sətri “Tibbi nümayəndə – Bakı” olmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTibbi nümayəndə üzrə Bakıda digər açıq elanlar.
Tibbi məhsulları təqdim edir, təqdimat bacarığı və məsuliyyət tələb olunur
Tibbi məhsulları tanıtmaq və satış hesabatları hazırlamaq üçün ali və ya orta tibbi təhsil tələb olunur
Tibbi cihazların satışını həyata keçirir, kosmetologiya və tibb sahəsində 1 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?




