Daxili komandaların ehtiyaclarını toplayır, texniki tapşırıqlar hazırlayır və prosesləri təhlil edir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Müştərilərin iş proseslərini və ehtiyaclarını öyrənmək, tələbləri toplamaq.
- Toplanmış tələbləri təhlil etmək və aydın şəkildə sənədləşdirmək.
- AI alətlərindən istifadə edərək texniki tapşırıqlar və proses təsvirləri hazırlamaq.
- Tapşırıqları AI-ya düzgün promptlarla izah etmək, alınan nəticələri yoxlamaq və təkmilləşdirmək.
- Proqramçılarla tələbləri dəqiqləşdirmək və tapşırıqların icrasını izləmək.
- Hazırlanmış funksionallıqların tələblərə uyğunluğunu yoxlamaq.
Namizədə tələblər
- Güclü məntiqi və analitik düşüncə, səbəb-nəticə əlaqələrini müəyyən etmək bacarığı.
- Proqramlaşdırmanın əsasları haqqında ilkin anlayış.
- Biznes prosesləri və onların bir-biri ilə əlaqəsi haqqında baza bilikləri.
- AI alətləri ilə rahat işləmək və düzgün promptlar vasitəsilə tapşırıqları yerinə yetirmək bacarığı.
- AI-nın təqdim etdiyi nəticələri qiymətləndirmək, səhv və çatışmazlıqları müəyyən etmək bacarığı.
- Fikrini şifahi və yazılı şəkildə aydın ifadə etmək.
- Öyrənməyə həvəs, diqqət və məsuliyyət.
- İş təcrübəsi məcburi deyil. Seçim zamanı namizədin məntiqi təfəkkürünə, problemi anlama və həll etmə bacarığına xüsusi önəm veriləcək.
İş şərtləri
- İş qrafiki: Bazar ertəsi–cümə, 10:00–18:00.
- Rəsmi əmək müqaviləsi.
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək.
- Mentorluq və real layihələrdə praktiki təcrübə qazanmaq imkanı.
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
AYES şirkəti şirkətlərdə biznes axışlarının tənzimlənməsi, A-da Z-ə proseslərin izlənməsi məqsədilə bizneslərdə avtomatlaşdırma və sistemləşdirmə işlərini həyata keçirir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş qrafiki bazar ertəsindən cüməyə, saat 10:00-dan 18:00-dəkdir.
Bəli, rəsmi əmək müqaviləsi təklif olunur.
İş təcrübəsi məcburi deyil, lakin məntiqi təfəkkür və problem həll etmə bacarığı önəmlidir.
Biznes prosesləri, proqramlaşdırmanın əsasları və AI alətləri ilə işləmək bacarığı tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİT biznes analitika üzrə təlimçi üzrə Bakıda digər açıq elanlar.
İT layihələrində tələbləri toplayır, biznes proseslərini təhlil edir və rəqəmsal həllər təklif edir.
Rəqəmsal informasiya sistemləri arasında inteqrasiya proseslərini hazırlayır və texniki dəstək göstərir.
Mobil və internet bankçılıq sistemlərinin biznes tələblərini təhlil edir və sənədləşdirir, analitik bacarıq tələb olunur.



