Vakansiya haqqında

Struktur bölməsi: Müvafiq kafedra

Bilavasitə tabe olduğu şəxs: Müvafiq kafedranın müdiri

Əmək funksiyası

  • Müvafiq qaydalara uyğun olaraq fənni tədris etmək;
  • Tədris etdiyi fənn (fənlər) üzrə tədris prosesində innovativ təlim texnologiyalarından istifadə etmək, elektron tədris resurslarını yaratmaq;
  • Tələbələri maarifləndirmək, onlarla təlim-tərbiyə işləri aparmaq;
  • Kafedra iclaslarında mütəmadi olaraq iştirak etmək;
  • Tələbələrin tədqiqat işlərinə istiqamət vermək;
  • Sillabusları, illik işçi planlarını, imtahan biletlərini vaxtında hazırlamaq və kafedra müdirinə təqdim etmək, imtahan cavablarını qiymətləndirmək;
  • Dekanlığın müəyyən etdiyi vaxtlarda kollokviumların keçirilməsini təmin etmək;
  • Müvafiq qaydalara uyğun olaraq tədris etdiyi fənn (fənlər) üzrə jurnallarda qeydiyyatı düzgün və vaxtında aparmaq (tələbələrin davamiyyətinin yoxlanılması və buna dair jurnalda müvafiq qeydlərin aparılması, mövzuların sillabusa uyğun olaraq qeyd edilməsi, jurnalda düzəlişlərin edilməməsi və onun səliqəli yazılması), dərs bitdikdən sonra jurnalı aidiyyəti dekanlığa təhvil vermək;
  • Həftəlik dərs günlərinin sayı miqdarında həftəlik imtahan nəzarətində iştirak etmək;
  • Tədris etdiyi fənn (fənlər) üzrə tələbələrin müstəqil işlərini planlaşdırmaq və təşkil etmək;
  • Tələbə elmi-tədqiqat işlərinə rəhbərlik etmək;
  • Elmi-tədqiqat işləri ilə məşğul olmaq, elmi konfranslarda və universitetin təşkil etdiyi digər tədbirlərdə iştirak etmək;
  • Tədqiq sahəsi üzrə ən azı bir respublika və ya beynəlxalq simpoziumlarda, konfranslarda, müşavirələrdə real iştirak etmək və ən azı bir elmi jurnalda məqalə çap etdirmək;
  • Elmi-tədqiqat işlərinə və dissertasiyalara rəy vermək;
  • İstehsalat təcrübəsinə rəhbərlik etmək;
  • Universiet tərəfindən müəyyən olunmuş qaydada imtahanın gedişinə nəzarət emək (imtahan nəzarətçisi);
  • İxtisasına uyğun olaraq tədris etdiyi fənlərin mühazirələrini, proqramlarını, dərs vəsaitlərini, metodiki işlərini hazırlamaq;
  • Tədris ilinin yekununda fərdi və illik iş planı üzrə hesabat təqdim etmək;

Bilməlidir

  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;
  • Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını;
  • Tələbələrlə işin təşkili (ünsiyyətin qurulması), tələbələrlə tərbiyə işinin aparılmasını;

Vəzifə tələbləri:

Dil bilikləri:

  • Qeyd: Xarici dil fənninin tədrisi, habelə xarici dildə tədris olunan fənlər üçün müvafiq xarici dil səviyyəsi:
  • İngilis dili -İELTS sertifikatı (ən azı 6,5 bal) və ya ingilis dili səviyyəsini müəyyən edən beynəlxalq keyfiyyət sertifikatı;
  • Alman dili - TEST DAF (ən azı 6 bal);
  • Fransız dili -Test de Con­­naissance du Français (TCF) C2 (600-699 bal).

Elmi dərəcəsi olanlar üçün: Bir qayda olaraq ən azı 3 illik elmi-pedaqoji stajı olan fəlsəfə doktorları (elmlər namizədləri).

Elmi dərəcəsi olmayanlar üçün: Ən azı 5 illik elmi-pedaqoji stajı (yaxud müvafiq sahə üzrə istehsalat təcrübəsi), magistr dərəcəsi və çap olunmuş elmi-metodiki işləri (məqalə, tezis, proqram) olan yüksək ixtisaslı mütəxəssislər.

Sertifikatlar:

  • Təhsil sahəsində beynəlxalq keyfiyyət sertifikatı (arzuolunandır)

Kompüter bilikləri:

  • MS ofis proqramları

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 oktyabr 2026
Dillər
English, German, French
Son tarix
21 noyabr 2026
HRX ilə müraciət
4
Baxış
453

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Müəllim üzrə bazar adətən 450–800 ₼ ödəyir, median — 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

12 açıq vakansiya, 22 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Müəllim kimi öz maaşını yoxla

Şirkət haqqında

Azərbaycan Universiteti
Təhsil, Ali təhsil · Bakı
Azərbaycan Universiteti — bütün vakansiyalar

Azərbaycanda özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universiteti 1991-ci ildə təsis edilmişdir. Universitetin sələfi olan Ali Humanitar Kollec həmin il iyulun 16-da Xalq Təhsili nazirinin əmri ilə fəaliyyətə başlamış, 1993-cü ilin…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Elmi dərəcəsi olanlar üçün ən azı 3 il, olmayanlar üçün isə 5 il elmi-pedaqoji staj tələb olunur.

İngilis dili üçün IELTS 6.5, Alman dili üçün TEST DAF 6, Fransız dili üçün TCF C2 sertifikatı tələb olunur.

MS Office proqramlarını bilməlidir.

Namizədlər CV-lərini elektron poçt vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Müəllim üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Baş müəllim
Müraciət et