Tələbə ilə İşlər üzrə Koordinator

Honours Academy

Yerləşmə
Azərbaycan
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
27 iyul 2026

Vakansiya haqqında

Vəzifə haqqında:

  • “Honours Academy” komandası tələbələrin təhsil təcrübəsini daha effektiv və məmnuniyyətyönümlü etmək məqsədilə “Tələbə ilə İşlər üzrə Koordinator” axtarır. Bu vəzifə tələbələrlə operativ kommunikasiyanın qurulması, onların təlim prosesindəki ehtiyaclarının qarşılanması və ümumi akademik dəstəyin təmin olunmasında mərkəzi rol oynayır.

Əsas öhdəliklər:

  • Kommunikasiya və Məlumatlandırma: Yeni və mövcud tələbələri akademiyanın qaydaları, tədris cədvəlləri və yeniliklər barədə mütəmadi məlumatlandırmaq;
  • Akademik Dəstək: Tədris göstəriciləri aşağı olan tələbələrlə fərdi əlaqə saxlamaq, çətinliklərini öyrənmək və lazımi dəstəyi təşkil etmək;
  • Proseslərin İdarə Edilməsi: Tədris materiallarının vaxtında çatdırılmasına nəzarət etmək, sorğu və rəyləri toplayaraq rəhbərliyə təqdim etmək;
  • Problem Həlli: Texniki və ya təşkilati məsələlərə çevik reaksiya vermək, müraciətləri aidiyyəti komanda üzvlərinə yönləndirmək;
  • Təşkilatçılıq: Tələbələrin motivasiyasını artırmaq üçün sosial tədbirlər, oyunlar və networking görüşləri planlamaq;
  • Hesabatlılıq: Tələbə məlumatlarının məxfiliyini qorumaqla arxivləşdirmə aparmaq və sadə formatlı hesabatlar hazırlamaq

Tələblər:

  • Ali təhsil (sahə məhdudiyyəti yoxdur);
  • Yüksək kommunikasiya, empatiya və komandada işləmək bacarığı;
  • Tələbəyönümlü yanaşma və çevik qərarvermə qabiliyyəti;
  • Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
  • Təşkilatçılıq və sistem idarəçiliyi sahəsində baza biliklər.

Təklifimiz:

  • Peşəkar və dəstəkləyici iş mühiti;
  • Dinamik və inkişafetdirici iş prosesi;
  • Rəqabətli əməkhaqqı;
  • Karyera yüksəlişi imkanları.

İş qrafiki:

  • Həftədə 6 gün (İstirahət günü: II və ya IV);
  • Həftəiçi: 11:00 – 20:00;
  • Həftəsonu: 09:00 – 18:00.
  • Kampaniya, tədbir və xüsusi layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər.

Əməkhaqqı:

  • Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

Şirkət haqqında

Honours Academy
Education · Baku

Honours Academy is a Baku-based finance education institute offering professional certifications such as ACCA, CFA and FRM, and is an ACCA registered learning partner.

Honours Academy — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Tələbə ilə İşlər üzrə Koordinator
Müraciət et