Tələbələrə və müəllimlərə informasiya təhlükəsizliyi üzrə təlim və dəstək göstərir, Red Team bacarıqları tələb olunur.
Vakansiya haqqında
Red Team / Pentest / Offensive Security sahəsində praktiki təcrübəyə malik, öz bilik və təcrübəsini gələcəyin kibertəhlükəsizlik mütəxəssisləri ilə bölüşmək istəyən praktiki mütəxəssis axtarırıq.
Vacib - tədris rus dilində aparılacaq.
Namizəd rus dilində sərbəst danışmalı və texniki mövzuları tam şəkildə rus dilində tədris edə bilməlidir.
Namizədə tələblər:
- Red Team, Pentest və ya Offensive Security sahəsində praktiki iş təcrübəsi
- Müasir offensive security metodologiyaları, yanaşmaları və alətləri üzrə biliklər
- Rus dilini sərbəst bilmək və texniki fənləri rus dilində peşəkar şəkildə tədris etmək bacarığı
- Beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür
- Tədris, mentorluq və ya tələbələrlə işləmə təcrübəsi arzuolunandır
- Mürəkkəb texniki mövzuları sadə və anlaşılan şəkildə izah etmək bacarığı
- Praktiki yanaşma və real case-lər üzərindən öyrətmək bacarığı
- Məsuliyyətli, aktiv və biliklərini bölüşməyə həvəsli olmaq
Əməkdaşlıq şərtləri:
- Həftədə 2 dəfə, saat 19:00–21:00
- Bakı / hibrid format mümkündür
- Tələbələrin səviyyəsi: Beginner → Junior
- Tədris dili: rus dili
Əgər siz Red Team / Pentest / Offensive Security sahəsində fəaliyyət göstərən praktiki mütəxəssissinizsə, rus dilində sərbəst tədris edə bilirsinizsə və bilik və təcrübənizi gələcəyin kibertəhlükəsizlik mütəxəssislərinə ötürmək istəyirsinizsə — sizinlə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etməkdən məmnun olarıq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
FutureUp Academy informasiya texnologiyaları sahəsində gələcəyin peşəkarlarını yetişdirən təhsil platformasıdır. Məqsədimiz müasir və praktik yönümlü təlim proqramları vasitəsilə fərdlərin bilik və bacarıqlarını inkişaf etdirmək, onları…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı şəhərində, həftədə 2 dəfə, saat 19:00–21:00 keçirilir, hibrid format mümkündür.
Tədris rus dilində aparılır və namizəd rus dilində sərbəst danışmalıdır.
Red Team, Pentest və ya Offensive Security sahəsində praktiki iş təcrübəsi tələb olunur.
Müasir offensive security metodologiyaları və alətləri üzrə biliklər, mürəkkəb texniki mövzuları sadə izah etmək bacarığı vacibdir.
İş saatları həftədə 2 dəfə, 19:00–21:00 arasıdır.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki təlimçi üzrə Bakıda digər açıq elanlar.
AI alətlərindən istifadəni və proqramlaşdırma bilməyənlərə AI agentləri yaratmağı öyrədir.
Kredit mütəxəssisləri üçün təlimlər keçirir və təlim materialları hazırlayır.
Data Engineering sahəsində təcrübəli təlimçi kimi real layihələr əsasında tədris edir.



