Getmə turizm üzrə menecer kimi tur paketləri və viza prosedurlarını idarə etmək üçün 3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas Vəzifə öhdəlikləri:
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bizneslərin əməkdaşlarının xarici ezamiyyətləri üzrə aviabilet, otel, transfer və viza əməliyyatlarını təşkil etmək;
Aviabiletlərin bronlaşdırılması, rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması əməliyyatlarını həyata keçirmək;
Ezamiyyət məqsədinə və təsdiqlənmiş büdcəyə uyğun otel və transfer xidmətlərini bronlaşdırmaq;
Viza tələblərini araşdırmaq, müraciət üçün zəruri sənədləri hazırlamaq və görüşləri təyin etmək;
Aviaşirkətlər, otellər və digər xidmət təminatçıları ilə koordinasiyanı təmin etmək;
Səyahət zamanı yaranan dəyişiklikləri və təcili müraciətləri operativ şəkildə idarə etmək;
Əsas Tələblər:
Turizm və aviabilet xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi;
Amadeus sistemindən istifadə üzrə bilik və praktiki təcrübə. Müvafiq peşə sertifikatlarının, o cümlədən Amadeus sertifikatının olması mütləqdir;
Aviabiletlərin rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması, həmçinin tariflər və hava daşımaları qaydaları üzrə bilik və praktiki bacarıqlar;
Turların seçilməsi, otel və transfer xidmətlərinin bronlaşdırılması üzrə təcrübə;
Viza tələbləri və viza müraciətlərinin hazırlanması üzrə praktiki təcrübə: zəruri sənədlərin hazırlanması, anketlərin doldurulması və sənədlərin təqdim edilməsi üçün görüşlərin təyin edilməsi;
Azərbaycan, ingilis və rus dillərini bilmək;
MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
Səlis ünsiyyət bacarığı, diqqətlilik, məsuliyyətlilik və eyni vaxtda bir neçə sifarişi idarə etmək bacarığı;
Əvvəlcədən razılaşdırılmış qrafik üzrə növbətçilik etməyə hazır olmaq.
İş şərtləri:
İş məkanı: Azure Biznes Mərkəzi
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Nahar: Təmin edilir
Servis Xidməti Mövcuddur
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Azure Biznes Mərkəzində yerləşir.
İş həftədə 5 gün, həftəiçi rejimindədir.
Əmək haqqı namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə müəyyən edilir.
İşə nahar təmin edilir.
İşə servis xidməti mövcuddur.
Namizəd müraciət üçün CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarGetmə turizm üzrə menecer üzrə Bakıda digər açıq elanlar.
Xarici turların hazırlanması və müştəri sorğularının vaxtında cavablandırılması bacarığı tələb olunur
Müştəri sorğularını satışa çevirir və tur paketləri təşkil edir, turizm sahəsində 2 il təcrübə tələb olunur.
Aviabiletlərin bronlaşdırılması və tur paketlərinin hazırlanması üzrə müştəri ilə işləmək bacarığı tələb olunur


