Fərdi və qrup turlarını təşkil edir, turizm sahəsində 3 il təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Şirkət: Baku City Tours | İş yeri: Bakı, ofis
Baku City Tours komandası incoming turizm sahəsində müştəri sorğularını idarə edəcək, aktiv satış həyata keçirəcək və tur paketlərinin hazırlanmasında iştirak edəcək təcrübəli xanım əməkdaş axtarır.
Əsas vəzifələr:
-
Daxil olan turizm sorğularını operativ cavablandırmaq, uyğun təkliflər hazırlamaq və satışa çevirmək;
-
Ofisə müraciət edən fərdi müştərilərə tur və digər turizm xidmətlərinin satışını həyata keçirmək;
-
Müştərilərlə mütəmadi əlaqə saxlamaq, təklifləri izləmək və rezervasiyaları yekunlaşdırmaq;
-
Hotellərdən və digər tərəfdaşlardan qiymət almaq, tur paketlərinin proqramını və qiymət hesablamasını hazırlamaq;
-
Bələdçilər, hotellər və nəqliyyat tərəfdaşları ilə koordinasiyanı təmin etmək;
-
Yeni turizm məhsulları və marşrutlarının hazırlanmasında iştirak etmək;
-
B2B görüşlərdə və tədbirlərdə şirkəti təmsil etmək, yeni tərəfdaşlıq əlaqələri qurmaq;
-
CEO-nun satış, tərəfdaşlıq və gündəlik fəaliyyətlə bağlı birbaşa tapşırıqlarını icra etmək.
Namizədə tələblər:
-
Turizm şirkəti və ya hotel sahəsində iş təcrübəsi;
-
Güclü satış bacarıqları və aktiv satış üzrə praktiki təcrübə;
-
Rus və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət;
-
Tur paketlərinin hazırlanması, qiymətlərin hesablanması və rezervasiya prosesləri üzrə biliklər;
-
Müştərilərlə ünsiyyət, danışıqlar aparmaq və işgüzar yazışma bacarığı;
-
Ofis proqramları ilə sərbəst işləmək;
-
Təşəbbüskarlıq, məsuliyyət, operativlik və nəticəyönümlü yanaşma;
-
Eyni vaxtda bir neçə sorğunu və işi planlı şəkildə idarə etmək bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İncoming menecer üzrə bazar adətən 750–1 000 ₼ ödəyir, median — 875 ₼.
10 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İncoming menecer kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı 600–2000 ₼ aralığındadır.
Turizm və ya hotel sahəsində iş təcrübəsi tələb olunur.
Rus və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı tələb olunur.
Namizəddən sənəd göndərilməsi barədə xüsusi tələb yoxdur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİncoming menecer üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə əlaqə saxlayır, tur proqramları hazırlayır və turizm əməliyyatlarını idarə edir.
Fərdi və qrup turların hazırlanmasında dəstək göstərir, MS Office bilikləri tələb olunur
Aviabiletlər və turlar üzrə sorğuları vaxtında və dəqiq icra etmək üçün ən az 2 il təcrübə tələb olunur



