Vakansiya haqqında

Şirkət haqqında:

Sapphire Hotels Group hazırda 4 brend ilə təmsil olunan şəhər hotellər şəbəkəsidir: “Sapphire Bayıl”, “Sapphire City”, “Sapphire Inn”, “Sapphire Marine”.

Hər bir hotel özünəməxsus abu-havası və zərif interyeri ilə unikaldır, lakin birləşdirici amil onların hər birinin şəbəkənin adına və simvolikasına uyğun olan təkrarolunmaz keyfiyyət standartlarının daim təkmilləşdirilməsidir.

Sapphire Group hotellərinin interyerləri müasirlik və milli irs ruhunu özlərində məharətlə birləşdirərək onları ailəli cütlüklər, turistlər, iş adamları və tək səyahət edənlər üçün ən rahat məkana çevirir.

Vəzifə öhdəlikləri:

  • Rezervasiya sorğularını qəbul etmək və sistemə daxil etmək
  • Qonaq müraciətlərini cavablandırmaq və otaq mövcudluğu barədə məlumat vermək
  • Qrup rezervasiyalarının koordinasiyasında iştirak etmək
  • Kredit kartı məlumatları və rezervasiya detallarını sistemə daxil etmək
  • Gündəlik rezervasiya qeydlərini aparmaq

Tələblər:

  • Turizm, qonaqpərvərlik və ya əlaqəli sahədə təhsil üstünlükdür
  • Hotel, turizm agentliyi və ya müştəri xidməti sahəsində ən az 1 il iş təcrübəsi üstünlükdür
  • PMS və rezervasiya sistemləri ilə işləmə bacarığı üstünlükdür
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri B1–B2 səviyyəsində
  • MS Office proqramlarında işləmə bacarığı
  • Yüksək ünsiyyət və müştəri xidməti bacarıqları
  • Detallara diqqət və məsuliyyətli iş yanaşması
  • Komanda ilə işləmək və operativ qərar vermək bacarığı

İş şəraiti:

  • İş rejimi: 5 günlük;
  • İş saatları: 09:00-18:00;

Təminatlar:

  • Şirkət siyasətinə uyğun müvafiq endirimli xidmətlər;
  • Daxili siyasətə uyğun 4 hotel üzrə rüblük bonus sistemi;
  • Şirkət tərəfindən nahar təminatı;
  • Xidməti telefon və mobil nömrə.
Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
12 sentyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bir
2 ilBakı
Maaş göstərilməyib

İnsan resursları məlumatlarını təhlil edir və hesabatlar hazırlayır, SQL və Python bilikləri tələb olunur

Data AnalysisData VisualizationReport PreparationPython+9
Müraciət et
EUROPARK MMC
Junior · 1–2 ilBakı
Maaş göstərilməyib

Daxil olan zəngləri cavablandırır, müştəri xidmətini təmin edir, türk dilində ünsiyyət bacarığı tələb olunur.

TeamworkCustomer ServiceCommunication skillsComplaint Handling+2
Müraciət etAsan müraciətAsan müraciət
Massi
Junior
700

Ofis işlərini idarə edir, sənədləşmə və müştəri qarşılamasında MS Office bilikləri tələb olunur

Contract DraftingReport PreparationTeamworkMicrosoft Office+3
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Rezervasiya üzrə agent
Müraciət et