Mağazada kassada operativ xidmət göstərmək və növbələrin qarşısını almaq tələb olunur
Vakansiya haqqında
Moka Land-dan vakansiya: Xəzinədar tələb olunur
Vəzifə öhdəlikləri:
- Kassa aparatını yandırmaq, qəbz printerində kassa lentinin mövcudluğunu yoxlamaq, bitdiyi halda yenisini quraşdırmaq;
- Növbənin açılması üçün müvafiq uçot proqram təminatını işə salmaq, ardından satış proqramını açaraq müştərilərlə hesablaşmalara başlamaq;
- Əməliyyat növündən (“Satış”, “Satışdan geri” və s.) asılı olaraq çekləri diqqətlə yoxlamaq;
- Günün sonunda növbənin bağlanması haqqında hesabat yaratmaq, məlumatları faktiki gəlirlə tutuşdurmaq və müvafiq proqram təminatında növbəni bağlamaq;
- Müştəridən Mərkəz ərazisində qalacağı vaxtı dəqiqləşdirmək;
- Doldurulması üçün müvafiq nəzarət formasını təqdim etmək;
- Müştəridən seçdiyi vaxta uyğun ödənişi (nağd və ya bank kartı ilə) almaq;
- Alınan ödəniş barədə məlumatı kassa aparatına daxil etmək;
- Nağd ödənişlərdə 2 ədəd, bank kartı ilə ödənişlərdə isə 3 ədəd qəbz müştəriyə təqdim etmək (bank kartı ödənişlərində POS-terminaldan çıxan “xəzinədar” qəbzi kassa hesabatı üçün saxlanılır);
- Müştəriyə verilən qəbzlərdən birinin arxasına Mərkəzə daxil olan uşağın adını mütləq qeyd etmək;
- Uşaq Mərkəzi tərk edərkən qəbzin arxasındakı adla nəzarət formasındakı adın üst-üstə düşməsi Nəzarətçi və ya Xəzinədar tərəfindən mütləq yoxlanılmalıdır;
- Müvafiq nəzarət formasına Mərkəzi tərk ediləcək vaxtı qeyd etmək;
- Nəzarət formasını Mərkəzə daxil olan uşağın kürəyinə yapışdırmaq.
Namizədlərə tələblər:
- Təhsil : Orta texniki
- İş təcrübəsi : 1 ilə kimi
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 25-35 yaşında Bəy və Xanım namizədlərin müraciətlərinə üstünlük verilir
- Azərbaycan və Rus dili biliyi sərbəst ünsiyyət səviyyəsində olmalı;
- Bəy namizədlər üçün hərbi xidmət keçmiş olmaq;
- Mərkəzin iş müddəti ərzində müxtəlif növbələrdə işləyə bilməli;
- Cəld riyazi hesablama qabiliyyətli olmalı;
- Sərbəst kompyuter istifadəçisi olmaq və yeni proqramları mənimsəmək bacarığı;
- İnsanlarla, xüsusən uşaqlarla səbirlə və nəzakətlə ünsiyyət qurmaq qabiliyyəti.
İş şəraiti:
- İş qrafiki: Qarışıq qrafik
- İş vaxtı: Həftə içi: 10:00 – 22:00 (növbəti gün istirahət); Həftəsonu: 10:00 – 19:00, 13:00 – 22:00
- İş yeri: Bakı, Xətai m/s yaxınlığı
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 682 AZN təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Kassir üzrə bazar adətən 550–750 ₼ ödəyir, median — 650 ₼.
41 açıq vakansiya, 32 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kassir kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftə içi 10:00–22:00, həftəsonu 10:00–19:00 və 13:00–22:00 növbəli iş rejimidir.
Başlanğıc aylıq məvacib 682 ₼ təşkil edir.
Bakı, Xətai metrosu yaxınlığıdır.
Minimum 1 il iş təcrübəsi tələb olunur.
Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət bacarığı tələb olunur.
Bəy namizədlər üçün hərbi xidmət keçmiş olmaq tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKassir üzrə Bakıda digər açıq elanlar.
Kassa əməliyyatlarını həyata keçirir və nağd pul vəsaitlərinin qorunmasını təmin edir, ən az 1 il təcrübə tələb olunur
Müştərilərə nəzakətli xidmət göstərmək və kassada ödənişləri düzgün həyata keçirmək tələb olunur
Nağd və qeyri-nağd ödənişləri qəbul edən, kassa əməliyyatlarını aparan kassir tələb olunur.




