Məmmədli kəndində malların qeydiyyatı və obyektin mühafizəsini təmin etmək tələb olunur
Vakansiya haqqında
Yeni tikinti layihəsi üzrə Mühafizəçi vəzifəsinə işə qəbul elan edilir.
Vəzifə öhdəlikləri
- Tikinti sahəsinin və ərazidə yerləşən avadanlıq və əmlakın mühafizəsini təmin etmək;
- Tikinti sahəsinə daxil olan və ərazidən çıxan işçilərin, ziyarətçilərin və nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək;
- Tikinti materiallarının və avadanlıqların əraziyə gətirilməsi və ərazidən çıxarılmasının qeydiyyatını aparmaq;
- Əraziyə kənar şəxslərin icazəsiz daxil olmasının qarşısını almaq;
- Növbə ərzində mühafizə olunan əraziyə mütəmadi baxış keçirmək;
- Təhlükəsizlik və daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
- Aşkar edilmiş qayda pozuntuları, şübhəli hallar və fövqəladə vəziyyətlər barədə dərhal rəhbərliyə məlumat vermək;
- Növbənin təhvil-təslim qaydalarına riayət etmək və müvafiq qeydiyyat jurnallarını aparmaq.
Namizədə tələblər
- Minimum orta təhsil;
- Mühafizə sahəsində iş təcrübəsi;
- Tikinti obyektlərində mühafizəçi kimi iş təcrübəsi üstünlükdür;
- Məsuliyyətli, diqqətli, intizamlı və operativ olmaq;
- Növbəli iş qrafiki ilə işləməyə hazır olmaq.
İş şəraiti
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Növbəli iş qrafiki;
- İş yeri: Bakı şəhəri, Ağ şəhər, tikinti sahəsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühafizəçi üzrə bazar adətən 550–700 ₼ ödəyir, median — 600 ₼.
54 açıq vakansiya, 27 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühafizəçi kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Ağ şəhər, tikinti sahəsidir.
Növbəli iş qrafiki ilə işləmək tələb olunur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi təklif olunur.
Minimum orta təhsil tələb olunur.
Mühafizə sahəsində iş təcrübəsi tələb olunur, tikinti sahəsində iş təcrübəsi üstünlükdür.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühafizəçi üzrə Bakıda digər açıq elanlar.
Tikinti ərazisində təhlükəsizliyi təmin etmək və giriş-çıxışı nəzarətdə saxlamaq tələb olunur
Oteldə təhlükəsizliyi təmin etmək və nəzarət etmək üçün məsuliyyətli və diqqətli olmaq.
Ərazinin təhlükəsizliyini təmin edir, hadisələri analiz edir və müdiriyyətə məruzə edir, mühafizə sahəsində təcrübə tələb olunur


