Giriş-çıxışa və işçilərə nəzarət edir, məsuliyyətli və diqqətli olmalıdır.
Vakansiya haqqında
İş şəraiti:
- Şirkətin təklifi: Nahar, və rəqabətədavamlı kompensasiya paketi.
- İş qrafiki: Növbəli iş qrafiki (xidmət müqaviləsi).
- İş yeri: Xırdalan şəhəri, Şamaxı şossesi.
Əsas vəzifə öhdəlikləri:
- Obyektlərdə təsdiq edilmiş buraxılış rejimini təmin etmək, o cümlədən sənədləri yoxlamaq;
- Obyektə daxil olan və obyektdən çıxan şəxslərə, eləcə də əraziyə gətirilən və ərazidən çıxarılan yüklərə nəzarət etmək;
- Şirkətin ərazisində əməkdaşların və ziyarətçilərin həyat və sağlamlığını qorumaq;
- Qəza və fövqəladə hallara operativ reaksiya vermək və şirkətin ərazisində təhlükəsizliyi təmin etmək;
- Oğurluq və digər qanunazidd hərəkətlərin qarşısını almaq.
Namizədlərə dair tələblər:
- Ali və ya orta ixtisas (texniki) təhsili;
- Təhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilmək; ingilis dili biliyi üstünlükdür;
- İdmançı bədən quruluşu.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- Mühafizə və təhlükəsizliyin monitorinqinin əsasları üzrə biliklər;
- Diqqətlilik;
- Stressə davamlılıq;
- Növbəli iş qrafiki ilə işləməyə hazırlıq;
- Məsuliyyətlilik.
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı və məsuliyyətli vəzifəyə müraciət etmək istəyirsinizsə, zəhmət olmasa, CV-nizi aşağıdakı keçid vasitəsilə göndərin:
- https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/
- https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/
Nəzərə alın ki, yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühafizəçi üzrə bazar adətən 550–700 ₼ ödəyir, median — 600 ₼.
54 açıq vakansiya, 27 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühafizəçi kimi öz maaşını yoxlaŞirkət haqqında
1969-ci ildə əsası qoyulan müəssisə keçmiş SSRİ-də ən müasir pivə zavodlarından biri idi. Fransız şirkəti Group Castel tərəfindən həyata keçirilən irimiqyaslı yenidənqurma işlərindən sonra zavod 2000-ci ildə yenidən açıldı.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Xırdalan şəhəri, Şamaxı şossesi ünvanındadır.
İş növbəli iş qrafiki ilə təşkil olunur.
Namizəd CV göndərməlidir. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçMüraciət üçün son tarix 20 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühafizəçi üzrə Xırdalanda digər açıq elanlar.
Anbar ərazisində təhlükəsizlik və nəzarət işlərini həyata keçirir, müşahidə və məsuliyyət tələb olunur
Ərazidə obyektlərin və avadanlıqların mühafizəsini həyata keçirmək üçün 1 ilə kimi təcrübəsi olan xanım mühafizəçi tələb olunur
Market və əmlakın təhlükəsizliyini təmin etmək üçün nəzarət və müşahidə aparmaq tələb olunur.




