Müştərilərlə peşəkar ünsiyyət qurur və satış əməliyyatlarını həyata keçirir.
Vakansiya haqqında
WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında açılmışdır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri:
- Gecə növbəsi ərzində mağazanın fəaliyyətini koordinasiya etmək
- Satıcı-kassirlərin işinə nəzarət etmək və tapşırıqları bölüşdürmək
- Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək
- Kassa əməliyyatlarına, növbə təhvil-təsliminə və maliyyə intizamına nəzarət etmək
- Məhsulların rəflərdə düzgün yerləşdirilməsini və qiymət etiketlərinin uyğunluğunu yoxlamaq
- Məhsul qalığına, istifadə müddətlərinə və mağazanın ümumi vəziyyətinə nəzarət etmək
- Gecə növbəsi üzrə satış və əməliyyat hesabatlarını hazırlamaq
- Yarandığı halda müştəri müraciətlərini və əməliyyat problemlərini həll etmək
Namizədə tələblər:
- Orta ixtisas və ya ali təhsil
- Pərakəndə satış sahəsində minimum 2 il iş təcrübəsi
- Baş satıcı, növbə rəhbəri və ya oxşar vəzifədə iş təcrübəsi üstünlükdür
- Kassa və POS sistemləri ilə işləmək bacarığı
- Komanda idarəetmə və təşkilatçılıq bacarığı
- Azərbaycan dilində sərbəst danışıq bacarığı
- İngilis və rus dili biliyi üstünlükdür
- Diqqətlilik, dürüstlük və məsuliyyətlilik
- Gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq
Biz nə təklif edirik?
- Beynəlxalq brenddə iş imkanı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Stabil əməkhaqqı
- Növbəli iş qrafiki
- Peşəkar təlim və inkişaf imkanları
- Karyera yüksəlişi perspektivi
- Dinamik və beynəlxalq iş mühiti
İş şəraiti
- İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, WH Smith mağazası
- İş qrafiki: Növbəli (Gecə və Gündüz)
- Əməkhaqqı: 700 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satıcı üzrə bazar adətən 525–800 ₼ ödəyir, median — 600 ₼.
136 açıq vakansiya, 107 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerləşir.
Növbəli iş qrafiki, gecə və gündüz növbələri var.
700 ₼ təşkil edir.
Orta ixtisas və ya ali təhsil tələb olunur.
Pərakəndə satış sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Namizədlər CV-lərini göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə iş aparır, satış prosesini idarə edir və 1C bilik tələb olunur
Müştərilərə xidmət göstərir, satış prosesini idarə edir və komandanı koordinasiya edir
Kinoteatrda reklam satışını həyata keçirir və satış sahəsində minimum 1 il təcrübə tələb olunur



