Müştərilərə məhsul seçimində kömək edir və satış prosesini idarə edir.
Vakansiya haqqında
Ev Sahibləri ilə Əlaqələr üzrə Mütəxəssis (Remote)
Punto.az komandası yeni əməkdaşlar axtarır!
Punto.az Azərbaycanda qısamüddətli mənzil kirayəsi bazarı üçün yaradılmış onlayn platformadır. Hazırda komandamızı genişləndirir və ev sahibləri ilə əlaqələrin qurulması, yeni tərəfdaşların platformamıza cəlb edilməsi üzrə əməkdaşlar axtarırıq.
İş şəraiti:
- İş formatı: Tamamilə distant (Remote);
- İş yeri: İstənilən şəhərdən işləmək imkanı;
- Əməkhaqqı: 400–500 AZN (sabit hissə);
- Bonus sistemi: Platformaya cəlb edilən və qeydiyyatdan keçərək aktiv elan yerləşdirən hər bir yeni ev sahibinə görə əlavə bonus ödənilir.
- Cəlb edilən ev sahiblərinin sayı artdıqca əməkdaşın əlavə gəliri də artır;
- İş qrafiki: Razılaşdırılmış gündəlik iş saatları.
Niyə Punto.az?
- Yeni inkişaf edən rəqəmsal layihənin bir hissəsi olmaq;
- Çevik və dinamik iş mühiti;
- Nəticələrə uyğun əlavə gəlir əldə etmək imkanı;
- Peşəkar inkişaf və gələcək karyera imkanları.
elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əgər ünsiyyət qurmağı, insanlarla işləməyi və yeni tərəfdaşlar qazanmağı sevirsinizsə, Punto.az komandasına qoşulmaq üçün müraciət edin!
Vəzifə öhdəlikləri
- Bakı və Azərbaycanın digər bölgələrində gündəlik kirayə üçün ev təklif edən şəxslərin müəyyən edilməsi;
- Potensial ev sahibləri ilə telefon vasitəsilə əlaqə yaradılması;
- Punto.az platformasının və üstünlüklərinin təqdim edilməsi;
- Ev sahiblərinin platformada qeydiyyatdan keçməsinə və elan yerləşdirməsinə dəstək göstərilməsi;
- Mövcud tərəfdaşlarla mütəmadi əlaqələrin saxlanılması;
- Gündəlik zənglərin və əldə olunan nəticələrin hesabatının aparılması.
Tələblər
- Azərbaycan dilində səlis danışıq və ünsiyyət bacarığı;
- Telefonla danışıq və inandırma qabiliyyəti;
- Məsuliyyətli və nəticəyönümlü olmaq;
- Kompüter və internetdən istifadə bacarığı;
- Satış, telemarketing və ya müştəri xidmətləri sahəsində təcrübə arzuolunandır, lakin mütləq deyil;
- Sərbəst və müstəqil işləmə bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satıcı üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 600 ₼.
203 açıq vakansiya, 135 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş tamamilə distantdır, istənilən şəhərdən işləmək mümkündür.
Razılaşdırılmış gündəlik iş saatları ilə işləmək tələb olunur.
Əməkhaqqı 400–500 ₼ sabit hissə və bonus sistemindən ibarətdir.
Platformaya cəlb edilən hər yeni ev sahibinə görə əlavə bonus ödənilir.
Müraciət etmək üçün sənədləri email vasitəsilə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Bakıda digər açıq elanlar.
Telefon aksesuarlarının satışını həyata keçirmək və müştəri ilə ünsiyyət bacarığı tələb olunur
Müştərilərə məhsullar haqqında məlumat verən və satış bacarığı tələb olunan xanım satıcı axtarılır
Müştərilərə məhsullar barədə məlumat verir və satış prosesini həyata keçirir, 1 il təcrübə tələb olunur


