Vakansiya haqqında

Vəzifənin məqsədi

  • Satış mütəxəssisinin əsas məqsədi potensial müştərilərin cəlb edilməsi, klub üzvlüklərinin və əlavə xidmətlərin satışının həyata keçirilməsi, mövcud müştərilərlə davamlı münasibətlərin qurulması və müəyyən edilmiş satış hədəflərinə nail olunmasını təmin etməkdir.

Əsas vəzifə və öhdəliklər

  • Klub üzvlüklərinin, fərdi məşq paketlərinin və digər xidmətlərin satışını həyata keçirmək.
  • Yeni potensial müştəriləri müəyyən etmək və müxtəlif satış kanalları vasitəsilə onlarla əlaqə qurmaq.
  • Telefon zəngləri, WhatsApp, sosial media və digər kanallardan daxil olan müraciətləri vaxtında cavablandırmaq.
  • Potensial müştərilərə klubun xidmətləri, üzvlük paketləri, qiymətləri və mövcud kampaniyaları barədə ətraflı məlumat vermək.
  • Potensial müştərilər üçün klub turları təşkil etmək, xidmətləri təqdim etmək və onların ehtiyaclarına uyğun üzvlük paketləri təklif etmək.
  • Potensial müştərilərlə müntəzəm təkrar əlaqə saxlamaq və satış imkanlarını nəticəyə çevirmək.
  • Müəyyən edilmiş aylıq satış, gəlir və yeni üzv cəlbi hədəflərinə nail olmaq.
  • Mövcud üzvlərlə əlaqələri qorumaq, üzvlüklərin yenilənməsini və əlavə xidmətlərin satışını təşviq etmək.
  • Müştəri məlumatlarını, müraciətləri və satış prosesinin mərhələlərini CRM sistemində düzgün və vaxtında qeyd etmək.
  • Satış kampaniyaları, promo aksiyalar və müştəri cəlbi tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
  • Satış nəticələri, potensial müştərilərin sayı, satış konversiyası və digər əsas göstəricilər üzrə müntəzəm hesabatlar hazırlamaq.
  • Müştəri məmnuniyyətini təmin etmək və yaranan sual və müraciətləri müvafiq qaydada yönləndirmək.
  • Klubun daxili qaydalarına, xidmət standartlarına və satış prosedurlarına riayət etmək.

Namizədə dair tələblər

  • Satış sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.
  • Fitnes, wellness, qonaqpərvərlik və ya müştəri xidməti sahəsində təcrübə üstünlükdür.
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
  • Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsul və xidmətləri təklif etmək bacarığı.
  • Aktiv satış, potensial müştərilərlə əlaqə və təkrar satış proseslərində işləməyə hazırlıq.
  • Nəticəyönümlülük, təşəbbüskarlıq və satış hədəflərinə çatmaq üçün motivasiya.
  • Yaxşı təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları.
  • Azərbaycan dilində sərbəst danışıq; rus dili arzuolunandır, ingilis dili üstünlükdür.
  • MS Office proqramları üzrə baza bilikləri; CRM sistemləri ilə işləmək təcrübəsi üstünlükdür.
  • Fitnes, wellness və sağlam həyat tərzinə maraq.

Biz nə təklif edirik

  • Sabit əmək haqqı və satış nəticələrinə əsaslanan aylıq bonus
  • Karyera yüksəlişi perspektivi.
  • İnkişaf edən premium wellness klubunda dinamik iş mühiti.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Neftçi Qurban Abbasov 5, Kempinski Bayil Bay
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 noyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
24 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
64

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Satıcı üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 600 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

203 açıq vakansiya, 135 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satıcı kimi öz maaşını yoxla

Şirkət haqqında

Gym Management Company
Digər istehlakçı və fərdi xidmətlər, Fərdi xidmətlər · Bakı
Gym Management Company — bütün vakansiyalar

GMC (Gym Management Company) fitness klublarının yaradılması, inkişafı və idarə edilməsi üzrə fəaliyyət göstərən şirkətdir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Satış sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır.

Sabit əmək haqqı və satış nəticələrinə əsaslanan aylıq bonus təklif olunur.

Namizədlər öz CV-lərini göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satıcı üzrə Bakıda digər açıq elanlar.

Sofra Pay
Yeni başlayanBakı
500–800₼

Bakı şəhərində sahə satışları həyata keçirir, güclü kommunikasiya və təqdimat bacarığı tələb olunur

NegotiationCRMReportingCustomer Relationship Management+5
Müraciət et
Emsan
Yeni başlayan · 1+ ilBakı
600–1 500₼

Müştərilərə satış etmək və ünsiyyət bacarığı olan qadın tələb olunur.

NegotiationSalesCustomer ServiceCommunication+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Fitnes klubu üzrə satış mütəxəssisi
Müraciət et