Müştərilərə xidmət göstərir, kassa əməliyyatlarını aparır və satış sahəsini idarə edir.
Vakansiya haqqında
WHSmith Baku komandamıza qoşul!
Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyətə başlamışdır.
Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müştəriləri qarşılamaq və məhsullar haqqında məlumat vermək
- Müştərilərə məhsul seçimində kömək etmək
- Satış və kassa əməliyyatlarını düzgün həyata keçirmək
- Nağd və nağdsız ödənişləri qəbul etmək
- Məhsulları rəflərə yerləşdirmək və qiymət etiketlərini yoxlamaq
- Məhsulların istifadə müddətinə və mağazadakı qalığına nəzarət etmək
- Mağazada səliqə və təmizliyin qorunmasında iştirak etmək
- Şirkətin müştəri xidməti və satış standartlarına riayət etmək
- Növbə sonunda kassanı təhvil vermək və müvafiq hesabatları təqdim etmək
Namizədə tələblər:
- Minimum orta təhsil
- Satış və ya xidmət sahəsində iş təcrübəsi üstünlükdür
- Azərbaycan dilində sərbəst danışıq bacarığı
- İngilis və rus dili biliyi üstünlükdür
- Kassa və POS proqramları ilə işləmək bacarığı üstünlükdür
- Müştəriyönümlülük və yüksək ünsiyyət bacarığı
- Dürüstlük, diqqətlilik və məsuliyyətlilik
- Komandada işləmək bacarığı
- Növbəli iş rejimində, gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq
Biz nə təklif edirik?
- Beynəlxalq brenddə iş imkanı
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Stabil əməkhaqqı
- Növbəli iş qrafiki
- Peşəkar təlim və inkişaf imkanları
- Karyera yüksəlişi perspektivi
- Dinamik və beynəlxalq iş mühiti
İş şəraiti
- İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
- İş qrafiki: Növbəli (Gecə və gündüz)
- Əməkhaqqı: 650 AZN
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satıcı üzrə bazar adətən 525–800 ₼ ödəyir, median — 600 ₼.
136 açıq vakansiya, 107 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Heydər Əliyev adına Beynəlxalq Hava Limanındadır.
İş növbəli rejimdə, gecə və gündüz növbələrindədir.
Əməkhaqqı 650 ₼ təşkil edir.
Namizədlər CV-lərini müraciət formu vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçİş Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə ünsiyyət qurur, geyim satışı həyata keçirir və satış bacarıqları tələb olunur
Müştərilərə kosmetika məhsulları üzrə məsləhət verir və satış prosesini təşkil edir.
Müştərilərə elektronika məhsulları satmaq və satış prosesini idarə etmək bacarığı tələb olunur

