Müştərilərə musiqi alətləri və avadanlıqları satmaq üçün satış təcrübəsi tələb olunur
Vakansiya haqqında
Çörək və şirniyyat mağazasına işə dəvət!
Satış məsləhətçisi (xanım)
Mağazamıza mehriban, gülərüz, şirin dilli və işinə məsuliyyətlə yanaşan əməkdaş axtarırıq.
Axtardığımız şəxs müştərilərlə xoş ünsiyyət qurmağı, satış etməyi və məhsullarımızı tanıtmağı bacarmalıdır.
Diqqət! Çörəklərin tərkibini öyrənmək və müştərinin ehtiyacına uyğun məhsul tövsiyə etmək bizim üçün əsas iş tələblərindəndir. Bu işə marağı və öyrənmək həvəsi olmayan şəxslərin müraciət etməməsi xahiş olunur.
İş şəraiti:
İş yeri: Əhmədli metrosunun 150 metrliyi
İş qrafiki: 9:00-20:00
Əməkhaqqı: Müsahibə zamanı razılaşdırılır.
Biz işini sadəcə vəzifə kimi deyil, məsuliyyətlə və həvəslə görən əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
- Müştəriləri mehriban qarşılamaq və yüksək səviyyədə xidmət göstərmək;
- Müştərinin istəyini və ehtiyacını anlayaraq ona uyğun məhsul tövsiyə etmək;
- Çörəklərin tərkibini, növlərini və xüsusiyyətlərini öyrənmək, bu barədə müştərilərə düzgün məlumat vermək;
- Məhsulların satışını həyata keçirmək və vitrinlərin səliqəsini qorumaq;
- Sakit vaxtlarda mağazanın sosial şəbəkələri üçün foto və videolar çəkmək, paylaşımlar hazırlamaq;
- Mağazanın tanıdılması və müştəri sayının artırılmasında iştirak etmək.
Tələblər
- 28 yaşdan yuxarı xanımlara üstünlük verilir;
- Şirin dilli, gülərüz və ünsiyyətcil olmaq;
- Yaxşı satış qabiliyyətinə malik olmaq;
- Səliqəli, təmizkar və məsuliyyətli olmaq;
- Sosial şəbəkələrdən istifadə etməyi bacarmaq;
- Öyrənməyə və yeniliklərə açıq olmaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satıcı üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 600 ₼.
179 açıq vakansiya, 125 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Əhmədli metrosunun 150 metrliyində yerləşir.
İş saatları 9:00-dan 20:00-dəkdir.
Əməkhaqqı müsahibə zamanı razılaşdırılır.
28 yaşdan yuxarı xanımlara üstünlük verilir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Bakıda digər açıq elanlar.
Müştərilərə ətir və kosmetika məhsulları satmaq üçün güclü ünsiyyət bacarığı tələb olunur
Müştərilərlə ünsiyyət qurur, məhsulların satışını təşkil etmək üçün minimum 3 il təcrübə tələb olunur
Məhsulların satışını həyata keçirir və müştəri əlaqələrini gücləndirir, satış bacarıqları tələb olunur



