Avtomobil satışında müştəri ehtiyaclarını müəyyənləşdirib uyğun məhsul təklif etmək tələb olunur
Vakansiya haqqında
Şirkət haqqında
BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzlərindən biridir. Mərkəz beynəlxalq standartlara uyğun peşə təhsili və Adobe, Microsoft, Autodesk, Cisco, PMI və digər beynəlxalq sertifikasiya proqramları üzrə təlimlər təqdim edir.
BDA yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək göstərir, perspektivli namizədlərin qlobal yarışlarda iştirakını təmin edir, beynəlxalq yarışlar və tədbirlər təşkil edir.
Vəzifənin məqsədi
Bu vəzifənin əsas məqsədi BDA-nın təlim proqramlarına müraciət edən namizədləri ehtiyac və məqsədlərinə uyğun proqramlara yönləndirmək, müraciətləri uğurlu satışlara çevirmək və B2C/B2B satış nəticələrini artırmaqdır.
Eyni zamanda, bu vəzifədə çalışan əməkdaşın şəxsi satış nəticələri, peşəkar yanaşması və iş prinsipləri ilə gələcəkdə satış komandasının inkişafına töhfə verməsi gözlənilir.
Biz müştərilərlə işləməyi bacaran, satış prosesini müstəqil şəkildə idarə edərək nəticəyə çatdıran, intizamlı və inkişafyönümlü mütəxəssis axtarırıq. Yüksək nəticələr göstərən namizəd üçün gələcəkdə Satış Komanda Rəhbəri vəzifəsinə yüksəlmək imkanı nəzərdə tutulur.
Əsas vəzifə və öhdəliklər
Müraciət edən namizədlərlə telefon və yazışma vasitəsilə əlaqə qurmaq, onları fərdi konsultasiyalara dəvət etmək;
Konsultasiya zamanı namizədlərin məqsəd və ehtiyaclarını müəyyənləşdirmək, uyğun təlim proqramlarını təqdim etmək və satış prosesini uğurla tamamlamaq;
Qərar verməkdə tərəddüd edən potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq və satış prosesini sonadək idarə etmək;
B2B istiqamətində korporativ müştərilərlə görüşlərdə, təqdimatlarda və danışıqlarda iştirak etmək;
Həssas və mübahisəli hallarda müştəri məmnuniyyətini və şirkətin maraqlarını balanslı şəkildə qoruyan həll yolları tapmaq;
CRM sistemində müştəri məlumatlarını və satış qeydlərini düzgün aparmaq, satış göstəricilərini izləmək və aylıq hədəfləri yerinə yetirmək;
Satış skriptlərinin və standartlarının təkmilləşdirilməsinə töhfə vermək;
Yeni əməkdaşların adaptasiyasına və peşəkar inkişafına dəstək göstərmək.
Namizədə dair tələblər
Fərdi müştərilərlə satış sahəsində minimum 4 il iş təcrübəsi;
Rəqəmlərlə ifadə oluna bilən real satış nəticələri və göstəriciləri;
Təhsil və ya xidmət sektorunda, xüsusilə konsultasiya əsaslı satış sahəsində təcrübə üstünlükdür;
Komanda idarəetməsi və ya mentorluq təcrübəsi üstünlükdür;
Güclü şifahi və yazılı kommunikasiya bacarığı, aydın və savadlı nitq;
Müxtəlif müştəri profilləri ilə peşəkar münasibət qurmaq və effektiv ünsiyyət aparmaq bacarığı;
Peşəkar görünüş və yüksək təqdimat bacarığı;
Satış göstəriciləri, konversiya faizləri və CRM sistemi ilə işləmək bacarığı;
Rus dili biliyi üstünlükdür;
Yüksək məsuliyyət, nizam-intizam, komanda qaydalarına hörmət və nəticəyönümlülük.
Bizim axtardığımız namizəd
Bu vəzifədə bizə müştərini dinləməyi, onun ehtiyaclarını düzgün müəyyənləşdirməyi və doğru qərara yönləndirməyi bacaran, satış prosesini özü uğurla tamamlayan və gələcəkdə şəxsi nümunəsi ilə komandasını inkişaf etdirə biləcək peşəkar satış mütəxəssisi lazımdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satıcı üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 600 ₼.
203 açıq vakansiya, 135 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaŞirkət haqqında
Bakı Dizayn Akademiyası 2018-ci ildə təsis edilmişdir. Hal-hazırda akademiyada UX&UI, Modern Qrafik Dizayn, 3D Dizayn, İnteryer Dizayn və 2D Motion Graphics ixtisasları tədris olunur.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Fərdi müştərilərlə satış sahəsində minimum 4 il iş təcrübəsi tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçRus dili biliyi üstünlükdür.
Müraciət üçün son tarix 25 dekabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Bakıda digər açıq elanlar.
Tüp bebek ve sağlık turizmi alanında satış və hasta danışmanı kimi çalışmaq üçün güclü satış bacarıqları tələb olunur
Təhsil məhsullarının satışını həyata keçirir, satış və təqdimat bacarıqları tələb olunur
Avtomobil sahəsində biliklərlə satış bacarıqlarını birləşdirərək müştəri bazasını idarə edir


