SPA xidmətlərinin satışını təşkil edir və yüksək ünsiyyət bacarığı tələb olunur
Vakansiya haqqında
Gigan Education komandamıza satış sahəsində təcrübəli, ünsiyyətcil, məsuliyyətli və nəticəyönümlü xanım əməkdaş axtarırıq.
Biz nə təklif edirik?
- Stabil və peşəkar iş mühiti.
- Əməkhaqqı + satış nəticələrinə əsaslanan bonus sistemi.
- Karyera və peşəkar inkişaf imkanları.
- Xaricdə təhsil sahəsində bilik və təcrübə qazanmaq imkanı.
- Mehriban və dinamik komanda.
İş qrafiki: Tam iş günü
İş yeri: Bakı şəhəri
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Vəzifə öhdəlikləri
- Şirkətə müraciət edən potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq.
- Müştərilərə xaricdə təhsil proqramları, universitetlər, qəbul şərtləri və xidmətlər barədə ətraflı məlumat vermək.
- Yeni müştərilərin cəlb edilməsi və satış imkanlarının artırılması.
- Mövcud müştəri bazası ilə davamlı və sistemli iş aparmaq.
- Müştərilərin müraciətlərini izləmək, vaxtında geri dönüş etmək və satış prosesini müqavilə bağlanmasına qədər idarə etmək.
- Telefon, WhatsApp və sosial şəbəkələr üzərindən müştərilərlə ünsiyyət qurmaq.
- Sosial media hesablarından daxil olan müraciətləri cavablandırmaq və potensial müştəriləri satışa yönləndirmək.
- Marketinq və SMM komandası ilə koordinasiyalı işləmək.
- Gündəlik və aylıq satış hesabatları hazırlamaq.
- Müştəri məmnuniyyətinin təmin olunması və şirkətin satış hədəflərinin yerinə yetirilməsi.
- Satış bacarığı – müraciət edən şəxsi real tələbəyə çevirmək.
- Müştəri bazasının idarə olunması – heç bir müraciəti diqqətdən kənarda qoymamaq, müştərilərlə davamlı əlaqə saxlamaq.
- Aktiv müştəri axtarışı – yalnız hazır müraciətləri gözləməmək, özü də yeni müştərilər tapmaq.
Tələblər
- Yaş: 25+.
- Ali təhsil arzuolunandır.
- Satış və müştərilərlə iş sahəsində təcrübə.
- Yüksək ünsiyyət və inandırma bacarığı.
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti.
- Rus və ingilis dillərini bilmək üstünlükdür.
- Kompüter və MS Office proqramları ilə işləmək bacarığı.
- SMM və sosial media marketinqi haqqında ümumi anlayış.
- Sosial şəbəkələrdən müştəri cəlb etmə bacarığı.
- Dəqiq, intizamlı, məsuliyyətli və təşəbbüskar olmaq.
- Komanda ilə işləmək və satış hədəflərinə çatmaq bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satıcı üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 600 ₼.
180 açıq vakansiya, 126 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş qrafiki tam iş günüdür.
Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
Satış və müştəri ilə iş təcrübəsi, yüksək ünsiyyət və inandırma bacarığı tələb olunur.
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti tələb olunur, rus və ingilis dili üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Bakıda digər açıq elanlar.
Sənaye və tikinti sahəsində yeni müştərilər tapmaq və satışları idarə etmək tələb olunur
Müştərilərə məhsullar haqqında məlumat verib satış planını yerinə yetirmək tələb olunur
Kinoteatrda reklam satışını həyata keçirir və satış sahəsində minimum 1 il təcrübə tələb olunur


