Rəhbər şəxsin təhlükəsiz daşınmasını təmin etmək üçün minimum 5 il sürücülük təcrübəsi tələb olunur
Vakansiya haqqında
İş yeri: Xırdalan
Vəzifə öhdəlikləri
Şirkətin məhsullarının müştərilərə vaxtında, təhlükəsiz və keyfiyyət tələblərinə uyğun şəkildə çatdırılmasını təmin etmək, mövcud müştərilərlə əməkdaşlığı inkişaf etdirmək, satış həcmini artırmaq və yeni müştərilərin cəlb olunmasını təmin etmək.
Anbardan məhsulları qaimə əsasında təhvil almaq və müştərilərə vaxtında çatdırmaq.
Çatdırılma zamanı malların bütövlüyünü və keyfiyyətini qorumaq.
Müştərilərə təqdim edilən qaimə, hesab-faktura və digər sənədlərin düzgün imzaladılmasını təmin etmək.
Gündəlik marşrut üzrə çatdırılmaları müəyyən edilmiş plana uyğun icra etmək.
Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etmək, aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək.
Avtomobilin sanitar-gigiyenik vəziyyətini daim təmiz və qida məhsullarının daşınmasına uyğun vəziyyətdə saxlamaq.
Müştərilərlə etik və nəzakətli davranmaq, şirkətin nüfuzunu və korporativ imicini qorumaq.
Hazır sifarişlərin qaimə əsasında yoxlanılmasında iştirak etmək, məhsulların çeşid və miqdar baxımından uyğunluğunu təmin etmək və malların nəqliyyat vasitəsinə düzgün şəkildə yüklənməsinə nəzarət etmək.
Rəhbərlik tərəfindən müəyyən edilmiş ünvanlardan və ya təchizat nöqtələrindən malların vaxtında və düzgün şəkildə götürülməsini təmin etmək.
Götürülmüş malların anbara təhvil verilməsi prosesində iştirak etmək və məhsulların düzgün yerləşdirilməsinə nəzarət etmək.
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Təhkim olunmuş ərazi üzrə satış nöqtələrini mütəmadi ziyarət etmək, məhsulların satışını həyata keçirmək və sifarişləri qəbul etmək.
Tələblər
B, BC kateqoriyalı sürücülük vəsiqəsi;
Sürücü-ekspeditor və ya satış sahəsində minimum 1 il iş təcrübəsi;
Bakı şəhəri və ətraf əraziləri yaxşı tanımaq;
Satış və ünsiyyət bacarıqları;
Məsuliyyətli, intizamlı və operativ olmaq;
Komandada işləmək bacarığı;
Müştəri yönümlü yanaşma.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sürücü üzrə bazar adətən 700–1 000 ₼ ödəyir, median — 800 ₼.
91 açıq vakansiya, 71 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sürücü kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Xırdalan şəhərindədir.
Sürücü-ekspeditor və ya satış sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
B və BC kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.
Satış və ünsiyyət bacarıqları, məsuliyyət və komanda işi bacarığı vacibdir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSürücü üzrə Bakıda digər açıq elanlar.
Avtomobili idarə edir, təhlükəsizliyi təmin edir və minimum 5 il sürücülük təcrübəsi tələb olunur
Şirkət rəhbərliyinin təhlükəsiz daşınmasını təmin etmək üçün 3-5 il sürücülük təcrübəsi tələb olunur
Ailə sürücüsü kimi işləyir, yol hərəkəti qaydalarını və texniki baxımı bilir.

