Malların təhlükəsiz daşınmasını təmin edən, yük avtomobili sürücüsü kimi 5 ildən çox təcrübəsi olan şəxs.
Vakansiya bağlanıb
Bu elan artıq aktiv deyil. Aşağıda Sürücü üzrə açıq vakansiyalar var — siyahı hər gün yenilənir.
Vakansiya haqqında
GFC MMC (KFC, Pizza Hut və Simit Sarayı)-dən vakansiya: Yük maşını sürücüsü tələb olunur
Vəzifə öhdəlikləri:
- Mal-materialları qaimələr əsasında anbardan qəbul etmək, say və çeşidini yoxlamaq, uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;
- Malların avtomobilə düzgün və təhlükəsiz yüklənməsinə və daşınma zamanı zədələnməsinin qarşısının alınmasına nəzarət etmək;
- Gündüz və ya gecə reysləri üzrə refrijerator nəqliyyat vasitəsi ilə malların mərkəzi anbardan restoranlara müəyyən edilmiş marşrut üzrə vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək;
- Dondurulmuş, soyudulmuş və quru qida məhsullarının temperatur rejiminə uyğun şəkildə təhlükəsiz daşınmasını təmin etmək;
- Çatdırılma qrafikinə və marşrut planına riayət etmək, gecikmə və ya digər fövqəladə hallar baş verdikdə dərhal rəhbərliyə məlumat vermək;
- Malları restoranlarda qaimələr əsasında məsul şəxslərə təhvil vermək və müşayiətedici sənədləri düzgün rəsmiləşdirmək;
- Nəqliyyat vasitəsinin texniki sazlığını, təmizliyini və refrijerator avadanlığının işlək vəziyyətdə olmasını təmin etmək;
- Şirkətə məxsus nəqliyyat vasitəsinin, daşınan mal-materialların və digər əmlakın qorunmasına məsuliyyətlə yanaşmaq;
- Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və şirkətin daxili intizam qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədlərə tələblər:
- Təhsil: Orta
- İş təcrübəsi: Müvafiq vəzifədə 5 ildən az olmayaraq iş təcrübəsi + Refrijerator və ya yük avtomobillərinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;
- BC kateqoriyalı sürücülük vəsiqəsi;
- Yol hərəkəti qaydalarını və yükdaşınma prinsiplərini yaxşı səviyyədə bilməsi;
- Şəhərdaxili marşrutları yaxşı tanımaq və təhlükəsiz sürücülük bacarıqlarına malik olmaq;
- Komandada işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli, intizamlı və operativ olmaq;
- AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
İş şərtləri:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş yeri: Xırdalan
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 800 manat təşkil edir (3 aydan sonra artım)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Maaş bazarla müqayisədə
Sürücü üzrə bazar adətən 700–1 000 ₼ ödəyir, median — 800 ₼.
91 açıq vakansiya, 71 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sürücü kimi öz maaşını yoxlaŞirkət haqqında
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSürücü üzrə Xırdalanda digər açıq elanlar.
Məhsulları ünvanlara çatdırmaq və sürücülük təcrübəsi tələb olunur.
Məhsulları vaxtında və təhlükəsiz çatdırmaq, satış və müştəri əlaqələrini idarə etmək tələb olunur
Yüklərin təhlükəsiz və vaxtında daşınmasını təmin edən, Atego yük avtomobilini idarə edən sürücü tələb olunur



