Главный специалист отдела кредитных и рыночных рисков

в "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Локация
Bakı
Опыт
2–3 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
29 июня 2026
Языки
Azerbaijani, English
Дедлайн
28 июля 2026

О роли

Ölkənin aparıcı banklarından biri olan Rabitəbank ASC əməkdaşlarına uğurlu karyera qurmaq, peşəkar inkişaf etmək və dinamik komandanın üzvü olmaq imkanı yaradır.

Əsas vəzifələr

Bankın kredit və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığının həyata keçirilməsi;
Kredit portfelinin keyfiyyətinin, risk konsentrasiyalarının və risk trendlərinin təhlili;
Kredit portfeli üzrə gecikmələr, problemli kreditlər, restrukturizasiya edilmiş kreditlər və konsentrasiya risklərinin monitorinqi;
Kredit risk göstəricilərinin (KRI) hazırlanması, monitorinqi və hesabatlarının tərtib edilməsi;
Risk İştahası Bəyannaməsində (RAS) müəyyən edilmiş kredit və bazar risk limitlərinin izlənilməsi və pozuntuların araşdırılması;
Faiz dərəcəsi riski, valyuta riski və likvidlik riskləri üzrə təhlillərin aparılması;
Duration Gap, Repricing Gap, Valyuta Açıq Mövqeyi, NII və EVE həssaslıq analizlərinin aparılması;
Stress-testlərin və ssenari analizlərinin hazırlanması və nəticələrinin qiymətləndirilməsi;
Kredit məhsulları, investisiya alətləri və yeni biznes təşəbbüsləri üzrə risk rəylərinin verilməsi;
Kredit risk modellərinin, skorinq sistemlərinin və erkən xəbərdarlıq indikatorlarının (EWS) effektivliyinin qiymətləndirilməsi;
Kredit və bazar risklərinin idarə olunması üzrə siyasət, metodologiya və prosedurların hazırlanması və təkmilləşdirilməsi;
AR Mərkəzi Bankının prudensial tələbləri və Basel prinsiplərinə uyğun hesabatların hazırlanmasında iştirak;
Daxili audit, xarici audit və tənzimləyici yoxlamalar çərçivəsində təqdim olunan tövsiyələrin icrasının izlənilməsi.

Tələblər

Maliyyə, İqtisadiyyat, Riyaziyyat, Statistika, Biznesin İdarəedilməsi və ya digər uyğun sahələr üzrə ali təhsil
Bank və ya maliyyə institutlarında kredit riskləri, bazar riskləri, anderrayter və ya portfel idarəçiliyi ; sahəsində minimum 2-3 il iş təcrübəsi;
Risk modelləşdirilməsi üzrə təcrübə üstünlük hesab olunur;
Kredit və bazar risklərinin idarə olunması prinsipləri üzrə biliklər;
Kredit portfeli analitikası, konsentrasiya riskləri, PD, LGD, EAD və ECL anlayışları üzrə biliklər;
FRS 9 üzrə əsas anlayışlar və kredit ehtiyatlarının formalaşdırılması prinsipləri;
Faiz dərəcəsi riski (IRRBB), valyuta riski və likvidlik risklərinin ölçülməsi metodologiyaları;
Duration, Macaulay Duration, Modified Duration, GAP analizi, VaR və stress-test metodologiyaları üzrə biliklər;
Maliyyə hesabatlarının və prudensial göstəricilərin təhlili bacarığı;
Basel prinsipləri və AR Mərkəzi Bankının risklərin idarə olunması üzrə normativ tələbləri haqqında biliklər;
MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
SQL, Power BI, Python üzrə biliklər üstünlük hesab olunur;
Bank və ya maliyyə institutlarında kredit riskləri, bazar riskləri, anderrayter və ya portfel idarəçiliyi sahəsində minimum 2-3 il iş təcrübəsi;
Risk modelləşdirilməsi üzrə təcrübə üstünlük hesab olunur.

Sertifikatlar
ACCA
FRM
CFA

О компании

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Baku
Все вакансии "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Главный специалист отдела кредитных и рыночных рисков
Откликнуться