Навыки и технологии
О роли
PAŞA Sığorta ASC namizədləri Məlumat Analitiki üzrə Ekspert vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Məlumat Analitiki üzrə Ekspert təşkilatın strateji prioritetləri üzrə ən mürəkkəb biznes problemlərinin analitik həllini formalaşdırır, böyük həcmli və müxtəlif mənbələrdən əldə olunan məlumatlar üzərində dərin təhlillər aparır, yüksək təsirli "insight" və qərar tövsiyələri hazırlayır. Bu rol "data-driven" qərarvermə mədəniyyətinin inkişafına liderlik edir, analitik standart və metodologiyaların müəyyənləşdirilməsində əsas rol oynayır, biznes rəhbərliyi üçün etibarlı strateji tərəfdaş kimi çıxış edir, həmçinin analitik komandanın inkişafına mentorluq və ekspert dəstəyi ilə töhfə verir.
Öhdəliklər
Ən mürəkkəb biznes problemlərini strukturlaşdırmaq, hipotezlər formalaşdırmaq və analitik yanaşmaları dizayn etmək;
Böyük, çoxölçülü və müxtəlif mənbələrdən əldə olunan məlumat dəstləri üzərində dərin analitik təhlillər aparmaq;
Trendləri, riskləri, performans göstəricilərini və anomaliyaları müəyyən etmək, onların biznesə təsirini qiymətləndirmək və nəticələri biznes kontekstində interpretasiya etmək;
Alternativ ssenarilər və "what-if" analizləri hazırlayaraq strateji və taktiki qərarvermə proseslərini dəstəkləmək;
Strateji və taktiki qərarlar üçün data əsaslı tövsiyələr formalaşdırmaq, nəticələri rəhbərlik və maraqlı tərəflərə aydın və təsirli şəkildə təqdim etmək;
Qərarvermə analitikası üzrə metodoloji yanaşmaların və ən yaxşı təcrübələrin tətbiqinə töhfə vermək.
Bilik və Bacarıqlar
Yüksək səviyyəli SQL və güclü məlumat təhlili bacarıqları;
Güclü BI/dashboard və məlumatların vizuallaşdırılması qabiliyyəti;
KPI, "driver analysis", "variance analysis" və idarəetmə hesabatları üzrə biliklər;
Statistika, vizuallaşdırma və proqnozlaşdırma üzrə biliklər;
Sığorta metrikalarını (sığorta haqqı, sığorta ödənişi, zərər nisbəti, müqavilənin yenilənməsi, mənfəətlilik) anlamaq;
"Data governance", "metric catalog" və "data security" anlayışları;
Analizi aydın, icra səviyyəli "insight" və tövsiyələrə çevirmə bacarığı;
Güclü analitik hekayə anlatma, biznes kommunikasiyası və maraqlı tərəflərin idarə edilməsi bacarıqları;
Analitik nəticələri qeyri-texniki auditoriya üçün aydın və inandırıcı şəkildə izah etmə bacarığı;
Rəhbərlik və biznes sahibləri ilə strateji səviyyədə işləmə bacarığı;
Komanda quruculuğu, sürətli və çevik işləmə, nəticəyönümlülük.
Dil bilikləri: Azərbaycan, İngilis
Təhsil və Təcrübə
İqtisadiyyat, Maliyyə, Biznes, Statistika, Riyaziyyat, Data Elmləri, Kompüter Elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
Biznes analitikası, maliyyə analitikası, strategiya analitikası, BI və ya idarəetmə hesabatları sahəsində 4 ildən artıq təcrübə;
Böyük və mürəkkəb məlumat dəstləri ilə işləmə təcrübəsi;
Power BI/Tableau, SQL, məlumat analitikası, maliyyə təhlili, məhsul analitikası və ya biznes zəkası üzrə sertifikatların olması arzuolunandır.
Bizim Təklifimiz
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Rəqəmsal və innovativ layihələrdə iştirak etmək imkanı;
Şəffaf və dəstəkləyici komanda mühiti;
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
PASHA Insurance OJSC invites candidates to apply for the position of Expert Data Analyst and become a member of our professional team.
The Expert Data Analyst shapes analytical solutions for the organization's most complex business problems aligned with strategic priorities, conducting in-depth analysis on large-scale data from diverse sources to generate high-impact insights and decision recommendations. This role leads the development of a data-driven decision-making culture, plays a key part in defining analytical standards and methodologies, acts as a trusted strategic partner to business leadership, and contributes to the development of the analytical team through mentorship and expert support.
Responsibilities
Structuring the most complex business problems, formulating hypotheses, and designing analytical approaches;
Conducting in-depth analytical analysis on large, multidimensional datasets from various sources;
Identifying trends, risks, performance indicators, and anomalies, assessing their business impact, and interpreting the results in a business context;
Supporting strategic and tactical decision-making processes by preparing alternative scenarios and what-if analyses;
Formulating data-driven recommendations for strategic and tactical decisions, presenting results clearly and effectively to management and stakeholders;
Contributing to the implementation of methodological approaches and best practices in decision analytics.
Knowledge and Skills
Advanced SQL and strong data analysis skills;
Strong BI/dashboarding and data visualization capability;
Knowledge of KPI frameworks, driver analysis, variance analysis, and management reporting;
Knowledge of statistics, visualization, and forecasting;
Understanding of insurance metrics such as premium, claims, loss ratio, renewal, and profitability;
Understanding of data governance, metric catalogs, and data security;
Ability to convert analysis into clear, executive-level insights and recommendations;
Strong analytical storytelling, business communication, and stakeholder management skills;
Ability to explain analytical results clearly and persuasively to a non-technical audience;
Ability to work at a strategic level with leadership and business owners;
Team-building, agility, and a results-oriented mindset.
Language skills: Azerbaijani, English
Education and Experience
Bachelor’s degree in Economics, Finance, Business, Statistics, Mathematics, Data Science, Computer Science, or a related field;
4+ years of experience in business analytics, financial analytics, strategy analytics, BI, or management reporting;
Experience working with large and complex datasets;
Certifications in Power BI/Tableau, SQL, data analytics, financial analysis, product analytics, or business intelligence are desirable.
What we offer
Opportunities for professional development and career growth;
Opportunity to participate in digital and innovative projects;
A transparent and supportive team environment;
Opportunity to work in a “Great Place To Work” certified company.
*Only candidates who meet the initial selection criteria will be contacted.
О компании
PASHA Sığorta — the leading insurance company in Azerbaijan (part of PASHA Holding), offering a full range of insurance products.
Все вакансии PASHA SığortaПохожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.

