Локация
Bakı
Опыт
2+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
6 июля 2026
Дедлайн
19 июля 2026

О роли

Analitik və hesabatlıq sistemlərinin hazırlanması, inkişaf etdirilməsi və texniki dəstəklənməsi;
PostgreSQL (PL/pgSQL) üzrə SQL sorğularının, prosedurların və funksiyaların hazırlanması, optimallaşdırılması və texniki dəstəklənməsi;
Verilənlər bazasının performansının təhlili və optimallaşdırılması;
Məlumatların emalı, inteqrasiyası və transformasiyası (ETL prosesləri);
Biznes tələblərinə uyğun texniki həllərin hazırlanması və tətbiqi;
Mövcud sistemlərdə yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
Analitik hesabatlar və dashboardların hazırlanması üçün məlumatların hazırlanması;
Məlumatların emalı və proseslərin avtomatlaşdırılması məqsədilə Python və ya R proqramlaşdırma dillərindən istifadə edilməsi;
Texniki sənədləşdirmənin hazırlanması və yenilənməsi.
Tələblər
İnformasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
PostgreSQL (PL/pgSQL) və SQL üzrə minimum 2 il iş təcrübəsi;
SQL sorğularının optimallaşdırılması və verilənlər bazası performansının artırılması üzrə praktiki biliklər;
ETL prosesləri və məlumat modelləşdirilməsi üzrə biliklər;
Python və ya R proqramlaşdırma dillərindən ən azı biri üzrə iş təcrübəsi;
Power BI, Tableau və ya digər BI alətləri ilə işləmək bacarığı;
Git və ya digər versiyaya nəzarət sistemləri ilə işləmək bacarığı üstünlük hesab olunur;
Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarığı;
Məsuliyyətlilik, nəticəyönümlülük və öyrənməyə açıq olmaq.

О компании

Azərpoçt MMC
Baku

Bakı şəhəri, Üzeyir Hacıbəyli 72 ünvanında fəaliyyət göstərən AZCON Holding şirkətlərindən olan ölkənin ən böyük poçt operatoru “Azərpoçt” MMC hazırda respublika ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə, eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.

Все вакансии Azərpoçt MMC

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
PL/SQL разработчик
Откликнуться