Landşaft və Yaşıllaşdırma Mühəndisi

в CCN Holding

Локация
Азербайджан
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
8 июля 2026
Дедлайн
8 августа 2026

О роли

CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur.

Qrup şirkətlərimizdən biri olan CCN İnşaat-ın Azərbaycan, Bakı şəhərində həyata keçirdiyi Olive Bay Layihəsi üçün “Landşaft və Yaşıllaşdırma Mühəndisi” axtarırıq.

Ümumi tələblər:

  • Landşaft memarlığı, landşaft və yaşıllaşdırma, kənd təsərrüfatı mühəndisliyi, aqronomluq və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
  • Landşaft, yaşıllaşdırma və ya tikinti layihələrində minimum 5 il iş təcrübəsi;
  • Landşaft işlərinin planlaşdırılması və icrası, bitki seçimi, torpaq xüsusiyyətləri, gübrələmə, suvarma sistemləri və bitki mühafizəsi sahəsində biliklər;
  • BOQ (Bill of Quantities), metraj və texniki spesifikasiyaların hazırlanması sahəsində təcrübə;
  • Satınalma proseslərinə texniki dəstək göstərmək bacarığı;
  • Podratçı və subpodratçı şirkətlərlə işin koordinasiyası və nəzarəti sahəsində təcrübə;
  • AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Texniki layihələri və çertyojları oxumaq, təhlil etmək və tətbiq etmək bacarığı;
  • Planlaşdırma, təşkilatçılıq, koordinasiya və problem həll etmə bacarıqları;
  • Komandada işləmək bacarığı, məsuliyyətli və nəticəyönümlü yanaşma.

Vəzifə öhdəlikləri

  • Tikinti layihəsi çərçivəsində landşaft və yaşıllaşdırma işlərinin planlaşdırılmasını, koordinasiyasını və icrasına nəzarəti həyata keçirmək;
  • Landşaft iş paketlərini, texniki spesifikasiyaları və material siyahılarını hazırlamaq;
  • Layihənin tələblərinə, iqlim və torpaq xüsusiyyətlərinə uyğun ağac, kol, qazon və digər bitki növlərinin seçimini və əkilməsini planlaşdırmaq;
  • Torpağın hazırlanması, gübrələmə, bitki mühafizəsi və suvarma sistemləri üzrə texniki həllər hazırlamaq;
  • Landşaft işlərində istifadə olunacaq material və avadanlıqlar üzrə metraj (BOQ) və miqdar hesablamalarını hazırlamaq;
  • Satınalma prosesləri üçün texniki spesifikasiyalar və digər texniki sənədləri hazırlamaq, material və avadanlıqların seçimində texniki dəstək göstərmək;
  • Təchizatçı və podratçı şirkətlərin texniki uyğunluğunu qiymətləndirmək, görülən işlərin icrasına nəzarət etmək;
  • Landşaft işlərinin layihəyə, texniki tələblərə və keyfiyyət standartlarına uyğun icrasını təmin etmək;
  • Sahədə görülən işlərə nəzarət etmək, keyfiyyət yoxlamalarını aparmaq və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
  • Layihə rəhbərliyi və aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə çalışaraq işlərin qrafikə uyğun icrasını təmin etmək;
  • Görülən işlər üzrə mütəmadi hesabatlar hazırlamaq.

О компании

CCN Holding
Construction · Baku

CCN Holding is a construction and diversified group operating in Azerbaijan and Türkiye, known for landmark Baku projects such as the Flame Towers and Heydar Aliyev Center.

Все вакансии CCN Holding

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Landşaft və Yaşıllaşdırma Mühəndisi
Откликнуться