Baş mütəxəssis (Mühasibatlıq şöbəsi)

в Mars Overseas Baku

Локация
Азербайджан
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
7 июля 2026
Языки
Azerbaijani, English, Russian
Дедлайн
7 августа 2026

О роли

Təsvir

  • Müəssisənin ERP tətbiqində bütün modulları üzrə texniki funksionallığın yazılmasında iştirak etmək və təsdiqlənmiş funksionallığa uyğun tətbiqə nəzarət etmək
  • Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinə nəzarət etmək
  • Mühasibat uçotu standartlarına, normativ tələblərə və vergi qanunvericiliyinə uyğunluğuna nəzarət etmək
  • Əsas vəsaitlər, azqiymətli və tez köhnələn əşyalar, qeyri-maddi aktivlər üzrə uçotun düzgün aparılmasına nəzarət etmək
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək
  • Daxili nəzarət prosedurlarına riayət olunmasını təmin etmək və səhvləri aşkar etmək
  • Mühasibat siyasət və təlimatlarının tətbiqinə nəzarət etmək və təkmilləşdirmə təklifləri vermək
  • Audit sorğularına cavab vermək, zəruri sənədləri hazırlamaq və təqdim etmək
  • 1C Mühasibatlıq proqramında uçot əməliyyatlarını aparmaq və sistemdəki məlumatların düzgünlüyünü yoxlamaq
  • Mühasibat üzrə komanda üzvlərinə metodoloji dəstək göstərmək və təlim keçmək
  • Şirkətin maliyyə resurslarından səmərəli istifadə olunmasına yönəlmiş tədbirlərin hazırlanmasında iştirak etmək

Tələblər

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi, o cümlədən kiçik və orta müəssisələrdəBaş mühasib təcrübəsi üstünlükdür
  • Azərbaycan dili - səlis, İngilis və Rus dillərini bilməsi arzuolunandır.
  • 1C 8.3 və 1C ERP proqramlarında yüksək səviyyədə işləmək bacarığı; MS Office proqramlarını yaxşı səviyyədə bilmək

Xüsusi tələblər:

  • ERP sistemlərində (xüsusilə 1C ERP) texniki funksionallığın idarə edilməsi təcrübəsi
  • Analitik düşünmə, məsuliyyətlilik və yüksək idarəetmə bacarıqları
  • Daxili nəzarət prosedurlarının tətbiqi və audit proseslərində fəal iştirak bacarığı

Vakansiya növü - Tam ştat

О компании

Mars Overseas Baku
Satış və ticarət · 10-50 · Baku

<p>Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.</p><p>Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir.</p>

Все вакансии Mars Overseas Baku

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Baş mütəxəssis (Mühasibatlıq şöbəsi)
Откликнуться