Локация
Bakı
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
14 июля 2026
Языки
Azerbaijani, English

О роли

Mühasibat uçotu üzrə maliyyə əməliyyatlarının qeydiyyatının aparılmasını və müvafiq şəkildə əks etdirilməsini təmin etmək;Mühasibat uçotu üzrə məlumatların, o cümlədən ilkin sənədlərin hazırlanmasında və işlənməsində iştirak etmək;Debitor və kreditor hesablaşmalarının uçotunun aparılmasında iştirak etmək;Mühasibat uçotu üzrə sənədlərin düzgün tərtibatını və saxlanılmasını təmin etmək;Mühasibat əməliyyatlarının balans və balansdankənar hesablarda müxabirləşmələrinin düzgün və vaxtında əks etdirilməsini təmin etmək;Kreditin verilməsi və ödənişi ilə bağlı bütün müxabirləşmə əməliyyatlarını və digər zəruri işləri yerinə yetirmək;“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tələblərinə uyğun olaraq hesabat hazırlamaq;Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun olaraq hesabat hazırlamaq;Aidiyyəti şöbələr ilə qalıqları üzləşdirmək;Maliyyə əməliyyatları üzrə çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tələblərə riayət etmək; Rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında yerinə yetirmək; Şöbə müdirinin və digər rəhbər şəxslərin tapşırıqlarını icra etmək. Xüsusi tələblər Maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat üzrə ali təhsilə malik olmaq;Mühasibat uçotu, maliyyə və ya audit sahəsində ən azı 1 il əmək stajına malik olmaq;Mühasibat sənədlərinin hazırlanması və işlənməsi üzrə bilik və bacarıqlara malik olmaq;Mühasibat uçotu, maliyyə əməliyyatları və ya audit üzrə beynəlxalq kvalifikasiyası və sertifikatı olan şəxslərə üstünlük verilir;Hesabatları vaxtında tərtib etmək və icra etmək bacarığına malik olmaq;Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis dilini orta səviyyədə bilmək;Yüksək kompüter səriştəsinə, xüsusən Microsoft Excel proqramı ilə iş sahəsində peşəkar vərdişlərə malik olmaq;Tapşırıqları son icra tarixinədək yerinə yetirmək qabiliyyətinə malik olmaq;Komanda ruhu, məsuliyyətlilik və çeviklik nümayiş etdirmək.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Бухгалтер
Откликнуться