Локация
Азербайджан
Опыт
Middle
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
13 июля 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
12 августа 2026

О роли

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;

  • Hesab və elektron qaimə-fakturaların yazılması və göndərilməsi;

  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi və nəzarəti;

  • Gündəlik elektron qaimə-fakturaların yoxlanması;

  • Mal və Xidmətlər üzrə müqavilə və sifarişlərin yoxlanılması;

  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması və təqdim edilməsini təmin etmək;

  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;

  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;

  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür);

  • Dil bilikləri – Azərbaycan dili – səlis, Rus və İnglis dili- orta səviyədə;

  • ERP (mühasibat uçotu) programla işləmək bacarığı

  • Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Бухгалтер
Откликнуться