Локация
Азербайджан
Опыт
1+ лет
Занятость
Полная занятость
Зарплата
1 000–1 500 ₼
Опубликовано
17 июня 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
17 июля 2026

О роли

İş şəraiti

  • Əməkhaqqı: 1000 – 1500 AZN
  • İş rejimi: 6 günlük iş qrafikinə uyğun tənzimlənir (Bazar günü istirahət günüdür).
  • İş saatları: 09:00-18:00
  • İş yeri: Masallı rayonu (rayon və ətraf rayonlarda yaşayanlara üstünlük veriləcək)

Vəzifə öhdəlikləri:

  • İlkin mühasibat sənədlərinin (qaimə, akt, hesab-faktura və s.) düzgün tərtib edilməsini və uçota alınmasını təmin etmək;
  • Xammalın, köməkçi materialların, yarımfabrikatların və hazır məhsulların uçotunu aparmaq;
  • İstehsal prosesləri üzrə xərclərin uçotunu aparmaq və baş mühasibə təqdim etmək;
  • Kassa və bank əməliyyatları üzrə sənədlərin hazırlanmasında iştirak etmək;
  • Satış, geri qaytarma, itkilər və tullantılar üzrə mühasibat uçotunu aparmaq;
  • Əmək haqqı, əlavə iş saatları və növbəli iş rejimi üzrə hesablamalarda iştirak etmək;
  • Vergi, maliyyə və statistik hesabatların hazırlanması üçün zəruri məlumatları toplamaq;
  • İnventarizasiya proseslərində iştirak etmək və nəticələri uçotda əks etdirmək;
  • Mühasibat sənədlərinin saxlanılmasını və arxivləşdirilməsini təmin etmək;
  • Baş mühasibin tapşırıqlarını vaxtında və düzgün icra etmək.
  • Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək, yanğın avadanlıqlarından düzgün istifadə etmək
  • Qanunsuz və qeyri-etik fəaliyyətlərdən uzaq durmaq, bütün işlərdə dürüstlük və etik davranış göstərmək.
  • Qurum üzrə bütün struktur bölmələrin işinin optimallaşdırılması, prosedurların icrasına də və bstək olmaq və bu istiqamətdə əlaqədar şöbələrlə kommunikasiyanın doğru təmin etmək
  • Müəssisənin biznes yanaşmasına uyğun olaraq, fəaliyyəti təmin etmək
  • Müəssisədaxili kommunikasiya, əməkdaşlıq və optimallaşdırma prosedurlarının icrasında iştirak etmək
  • Qanunvericiliyin müəyyən etdiyi qaydada normativlərin təyini və idarə edilməsi, hesabatların və təhlillərin müntəzəmlilyinin təmin edilməsində iştirak etmək

Vəzifə ilə bağlı tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadi yönümlü sahədə ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • MS Office və 1C ERP proqramlarından istifadə bacarıqları;
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə biliklər;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
  • Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
  • Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür.

О компании

Melissa Group
Tikinti, Bina tikintisi

2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində olmuşdur. Sakinlərin rahatlığını, onların tam təhlükəsiz və komfortlu yaşayış sahəsi ilə təmin edilməsini əsas məqsədlərindən biri hesab edən “Melissa Group” proffesional kollektivi ilə də istər bilik və bacarıqların inkişafı, istərsə də karyera proqresi sahəsində əməkdaşlarının ümidini doğrultmaqdadır. Təcrübəli rəhbər və əməkdaşlarla işləmək istəyən, elan olunan vakansiya üzrə qeyd olunan tələblərə uyğun gələn namizədlərlə eyni komanda da işləməkdəm məmnun olarıq.

Все вакансии Melissa Group

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
1 000–1 500 ₼
Бухгалтер
Откликнуться