Локация
Bakı
Опыт
1–3 лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
29 июня 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
29 июля 2026

О роли

Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkil edilməsi;
Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartlarına uyğun uçotunun təmin edilməsi;
Mal-materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Təhsil: Ali (İqtisadi);
İş təcrübəsi: 1-3 il iş təcrübəsi olan;
Dil bilikləri: Azərbaycan dili, rus və ingilis dili biliyi üstünlükdür;
Kompüter bilikləri: 1C 8.3 və MS Office yaxşı səviyyədə.

İş şəraiti:

İş saatı: 08:00-dan 17:00-dək;
İş qrafiki: Həftədə 1 gün istirahət (6-cı gün qısa iş günü);;
İş yeri: Matanat A İstehsalat Müəssisəsi (Abşeron rayonu, Masazır qəsəbəsi).

Biz nə təklif edirik:

Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
Nahar və servis xidməti şirkət tərəfindən təmin edilir;
Dinamik və gənc komanda ilə iş imkanı.

О компании

Mətanət A Şirkətlər Qrupu
Tikinti materialları · 500 + · Baku

<p>Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə catmışdır. </p><p>Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.</p>

Все вакансии Mətanət A Şirkətlər Qrupu

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
Не указана
Бухгалтер
Откликнуться