AccountingFinancial ReportingBTP Software
Локация
Азербайджан
Опыт
2–3 лет
Занятость
Полная занятость
Зарплата
500–700 ₼
Опубликовано
7 июля 2026
Языки
Azerbaijani, Russian
Дедлайн
7 августа 2026
Навыки и технологии
О роли
Vəzifə öhdəlikləri:
Mühasibat, vergi uçotu, DSMF və Statistika hesabatları üzrə əməliyyatların dəqiq və vaxtında aparılmasını təmin etmək;
- Vergi, mühasibatlıq və digər normativ-hüquqi aktlardakı dəyişiklikləri daim izləmək və rəhbərlik etdiyi sahələrdə tətbiq etmək;
- Müəssisənin bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun tələblərinə uyğun şəkildə 1C (8.3) proqram təminatında düzgün əks olunmasına nəzarət etmək;
- Vergi orqanlarından daxil olan məktubları və bildirişləri nəzarətdə saxlamaq, tələb olunan hallarda rəsmi yazışmalar aparmaq;
- Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək;
- ƏDV, ÖMV, Mənfəət və digər vergi bəyannamələrini hazırlamaq, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq dövlət orqanlarına təqdim etmək;
- DSMF və Dövlət Statistika Komitəsinə dair hesabatların tərtib olunmasını və vaxtında göndərilməsini təmin etmək.
Tələblər:
- Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 2-3 il peşəkar iş təcrübəsi (Bank və ya BOKT sektorunda təcrübə üstünlük sayılır);
- 1C (8.3) proqram təminatında mükəmməl bilik və təcrübə;
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyəli bacarıqlar;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini və əlaqədar normativ-hüquqi aktları dərindən bilmək;
- Elektron portallarda hesabatlılıq və əməliyyatların aparılması üzrə təcrübə;
- Riyazi hesablamaları dəqiq aparmaq, maliyyə göstəricilərini analitik təhlil etmək bacarığı;
- Maliyyə balanslarının tərtibi və təhlili üzrə praktiki biliklər;
- Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı, rus dili biliyi üstünlükdür.
İş barədə məlumat:
- Əmək haqqı: 500-700AZN
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: 09:00-18:00
О компании
MJ Finance
Похожие по навыкам
Все похожие вакансииВакансии, где совпадает больше всего навыков из этой позиции.
AccountingFinancial ReportingAudit Support
AccountingAnalytical ThinkingAudit Support
Accounting1C SoftwareAccounts Payable



