Локация
Азербайджан
Занятость
Полная занятость
Зарплата
900–1 100 ₼
Опубликовано
17 июля 2026
Дедлайн
17 августа 2026

Навыки и технологии

О роли

Amazon Travel MMC vakansiya elan edir: Daxili Mühasib

İş yeri: Bakı

İş qrafiki: Tam iş günü

Vəzifə öhdəlikləri:

  • Debitor və kreditor borcları üzrə hesabatların hazırlanması və nəzarəti;
  • Gündəlik satış göstəricilərinin izlənilməsi və yoxlanılması;
  • Şirkətin gündəlik maliyyə balansının hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Maliyyə məlumatlarının təhlili və daxili hesabatların hazırlanması;
  • Maliyyə intizamının qorunmasına nəzarət.

Qeyd: Qaimələrin tərtib edilməsi, bank köçürmələri, əməkhaqlarının hesablanması və vergi hesabatlarının hazırlanması şirkətin konsaltinq tərəfdaşı tərəfindən həyata keçirilir.

Tələblər:

  • Mühasibatlıq və ya maliyyə sahəsində ali təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi;
  • MS Excel proqramını yaxşı səviyyədə bilməsi;
  • Analitik düşünmə və məsuliyyətlilik;
  • Hesabatlarla işləmək bacarığı.

Əmək haqqı: 900-1100 AZN

CV-lərinizi mövzu hissəsində “Daxili Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

О компании

Amazon Travel Club
Mehmanxana və ictimai iaşə xidmətləri, Turizm və səyahət xidmətləri

Amazon Travel Club şirkəti 2018-ci ildə turizm sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər tərəfindən yaradılmışdır. Şirkətimizdə peşakar işçilər çalışır ki, bu da öz növbəsində müştərilərə daha yüksək servis gostərmək imkanı yaradır. İşçi seçimi bir çox peşəkar və mənəvi meyarlar əsasında qurulur. Mütəşəkkil işçilərin vahid komandasının yaradılmasında mühüm rol oynayır. İşçilərin yüksək peşəkarlığı müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə imkan yaradır. Şirkət müştərilərinə dünyanın səyahət xidmətlərinin tam çeşidini təklif edir: biletlərin sifarişi (həmçinin onlayn sifariş) otel sifarişi, transfer sifarişi, turların təşkili (ekskursiya, terapevtik, balayı, qış turizmi, uşaqlar üçün yay düşərgələri, və s.), xaricdə və ya Azərbaycanda qrup və fərdi turların təşkili, viza xidmətləri, korporativ tədbirlərin, konfransların təşkili, MICE – xidmətlər, yük daşıinmaları, çarter reyslərinin təşkili Korporativ müştərilər tərəfindən daxil olan sifarişlərin hazırlanması zamanı şirkətin başlıca məqsədi sifarişin qısa müddətdə yerinə yetirilməsi və müştərinin səfər büdcəsinə qənaət etməkdir. Təcrübəli əməkdaşlar və güzəştli tariflər (eksklüziv qiymətlər, partnyor proqramları, dənizci tarifləri və s.) şirkətin qarşısına qoyduğu məqsədlərə çatmağa və müştərilərin inamını doğrultmağa imkan verir. Viza/Nəqliyyat üzrə aşağıdakı xidmətləri təklif edir: Azərbaycanda əcnəbilər üçün dəvətnamə məktublarının hazırlanması. Azərbaycan ərazisindəki əcnəbilər üçün vizalarının təcili təşkili. H.Əliyev adına hava limanı və digər ölkələrin hava limanlarında VİP-xidmətin göstərilməsi (110-a yaxın dünya hava limanlarının 150-ə yaxın VİP gözləmə otaqları). Amazon Travel Club həmçinin Sizə və Sizin qonaqlarınıza qarşılama və yola salma xidmətlərini təqdim edir.

Все вакансии Amazon Travel Club

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

Все похожие вакансии
900–1 100 ₼
Daxili Mühasib
Откликнуться