Ведущий бухгалтер по сверкам и отчетности

в Pizza Mizza

О роли

Departament: Maliyyə

Tabeçilik: Maliyyə Direktoru

Vəzifə üzrə xülasə

  • "Pizza Mizza" restoranlar şəbəkəsinin maliyyə komandasına təcrübəli və analitik təfəkkürə malik Müxabirləşmələr və hesabatlılıq üzrə böyük mühasib axtarılır. Bu vəzifədə siz maliyyə bağlanışı prosesinə rəhbərlik edəcək, bütün filiallar üzrə müxabirləşmənin aparılmasını təmin edəcək və rəhbərlik üçün dəqiq maliyyə hesabatlarını hazırlayacaqsınız.

Öhdəliklər:

Müxabirləşmənin aparılması və ayın bağlanması

  • Pizza Mizza-nın bütün filialları və mərkəzi anbarı üzrə aylıq, rüblük və illik maliyyə bağlanışı prosesini həyata keçirmək.
  • Hesablar Planını mükəmməl bilmək, hesabların düzgün təsnifatını və istifadəsini təmin etmək.
  • Aylıq bağlanış təqviminin idarə edilməsi, bütün hesabların vaxtında bağlanmasının təmin edilməsi.
  • Jurnal müxabirləşmələrini (əməkhaqqı, amortizasiya, icarə, kommunal xərclər və filiallararası köçürmələr) hazırlamaq və sistemə daxil etmək.
  • Bütün balans hesabları üzrə aylıq üzləşdirmələr aparmaq və filiallararası kənarlaşmaları araşdırmaq.
  • Əsas vəsaitlərin (mətbəx avadanlıqları, sobalar, çatdırılma nəqliyyat vasitələri) uçotunu aparmaq və amortizasiyasını hesablamaq.

Maliyyə hesabatlığı və əməliyyat analizi

  • Aylıq konsolidə edilmiş maliyyə hesabatlarını (Mənfəət və Zərər, Balans, Pul Vəsaitlərinin Hərəkəti) vaxtında tərtib etmək.
  • Aylıq nəticələr üzrə əsas kənarlaşmaların səbəblərini müəyyən edib Maliyyə Direktoruna qısa analitik izah təqdim etmək.
  • Hər bir Pizza Mizza filialı üzrə P&L hesabatlarını hazırlamaq, filial menecerləri ilə birlikdə xərc kənarlaşmalarını təhlil etmək.
  • Əsas xərc göstəricilərinə — (Ərzaq, Qablaşdırma, İçki maya dəyəri və İşçi qüvvəsi xərcləri) nəzarət etmək və büdcə ilə müqayisə etmək.
  • Günlük satışları, POS-terminal daxilolmalarını, kassanı və çatdırılma tərəfdaşlarından (Wolt, Bolt Food) gələn ödənişləri daxili uçotla üzləşdirmək.

Daxili nəzarət və proseslərin təkmilləşdirilməsi

  • Proseslərin təkmilləşdirilməsi: Mühasibat uçotu, hesabatlılıq və üzləşdirmə proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə təkliflər vermək.
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və daxili maliyyə standartlarına riayət olunmasını təmin etmək.
  • Vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, ödəniş mənbəyində tutulan vergilər) hazırlanmasında maliyyə komandasına dəstək vermək.
  • Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan sənədləri və cədvəlləri təqdim etmək.

Namizədə dair tələblər

  • Təhsil: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil. Maliyyə sahəsində peşəkar sertifikatların (məsələn, ACCA, CIMA) olması üstünlükdür.
  • İş təcrübəsi: Müxabirləşmənin aparılması, maliyyə hesabatlığı və ya baş mühasib/mütəxəssis vəzifəsində minimum 4 il təcrübə. Restoran şəbəkələri, ictimai iaşə (F&B) və ya çatdırılma (delivery) sahəsində təcrübə mütləqdir.

Texniki biliklər:

  • Mühasibat proqramlarında (məsələn, 1C) sərbəst işləmək bacarığı.
  • Microsoft Excel üzrə peşəkar biliklər.
  • Restoran kassa/POS proqramlarının (iiko) mühasibat proqramı ilə inteqrasiyası prinsiplərini bilmək.

Dil və digər bacarıqlar:

  • Hesablar Planını və müxabirləşmə qaydalarını mükəmməl səviyyədə bilmək.
  • Azərbaycan dilində mükəmməl yazı və danışıq; Rus və ya İngilis dili bilikləri arzuolunandır.
  • Restoran biznesində silinmə aktları, kalkulyasiya kartları və maya dəyərinin formalaşması məntiqini dəqiq bilmək.

İş şəraiti

  • İş yeri: "Pizza Mizza" Baş Ofisi
  • İş qrafiki: həftənin 5 günü, 09:00-18:00
  • "Pizza Mizza" restoranlarında korporativ işçi endirimləri.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Müxabirləşmələr və hesabatlılıq üzrə böyük mühasib” başlığı ilə CV göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Локация
Азербайджан
Опыт
4+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
5 августа 2026
Языки
Azerbaijani, Russian, English
Дедлайн
5 сентября 2026

О компании

Pizza Mizza
Restaurants · Baku
Все вакансии Pizza Mizza

Ваш отклик

Создайте профиль на HRX

С ним вы узнаете решение работодателя, будете получать рекомендации по подходящим вакансиям и быстро на них откликаться.

Резюме *

Загрузите файлPDF до 8 МБ

Нет резюме? Соберите за 5 минут

Как работодатель может с вами связаться?

Нажимая «Откликнуться на вакансию», вы принимаете Условия использования и Политику конфиденциальности.

Похожие по навыкам

Все похожие вакансии

Вакансии, где совпадает больше всего навыков из этой позиции.

UHY LLC
1–2 лет
З/п не указана

Подготавливать бухгалтерские отчеты, проводя анализ в соответствии с налоговыми правилами.

Accounting1CFinancial ReportingERP Systems+6
ОткликнутьсяПростой откликПростой отклик
MER Group
Senior · 3+ лет
З/п не указана

Необходимо управлять бухгалтерским учетом и рассчитывать налоговые обязательства.

AccountingFinancial Reporting1C 8.3Budgeting+6
ОткликнутьсяПростой откликПростой отклик
FCC MMC
Senior · 5+ лет
З/п не указанаОсталось 6 дн.

Для управления бухгалтерским учетом требуется высокий уровень знаний 1C и Excel.

AccountingFinancial Reporting1CERP Software+5
ОткликнутьсяПростой откликПростой отклик
Все похожие вакансии

Статьи по теме

Все материалы

Откликнуться